İtaliyada böyüyən Françeska Tolot unikal rəng hissinə sahibdir, bu isə onun işlərini müxtəlif edir. Beyons, Madonna, Elizabet Teylor, Marion Kotiyyar, Culiya Roberts və başqa dünya ulduzlarının obrazlarının müəllifi məhz Françeskadır. Onun çiyinləri arxasında "Vogue" jurnalının onlarla üz qabığı dayanır. Ayrıca olaraq Françeskanın Beyonsla əməkdaşlığını qeyd etmək lazımdır. Onlar artıq 10 ildir ki, birlikdə çalışırlar.

2014-cü ilin oktyabrında vizajistin "Bir qadın 100 sima" adlı kitabı işıq üzü görüb. Burada onun 20 illik peşəkar fəaliyyəti ərzində yaradılmış ən məşhur işlər təqdim olunur. Kitabdakı bütün şəkillərin müəllifi Françeskanın əri fotoqraf Alberto Tolotdur.

Tanınmış kosmetika brendi M.A.C məşhur vizajisti Moskvaya dəvət edib. Burada o, kult obrazların necə yaradıldığını əyani şəkildə göstərib, eləcə də "Bir qadın 100 sima" kitabını təqdim edib. Buro 24/7 Azerbaijan redaksiyasının gözəllik bölməsinin redaktoru Françeska Tolotla görüşərək, ona bir neçə sual ünvanlayıb.

Gözəllik haqqında hər şey: məşhur vizajist Françeska Tolotdan məsləhətlər

Gözəllik haqqında hər şey: məşhur vizajist Françeska Tolotdan məsləhətlər

- Sizin kimi səviyyəli bir vizajist üçün makiyajda tabu nədir?
- Mənim üçün makiyaj bir növ əyləncədir. Hesab edirəm ki, hər kəs öz makiyajını yaratmaq haqqına sahibdir. Bu, hər kəsin rəssam kimji yaratdığı incəsənət əsəridir. Əlbəttə ki, bir sıra ümumi qəbul olunmuş səhvlər var. Onlardan biri dəri rənginə uyğun seçilməmiş tonal vasitədir.

Gözəllik haqqında hər şey: məşhur vizajist Françeska Tolotdan məsləhətlər

- İş zamanı qarşılaşdığınız ən mürəkkəb təcrübəniz hansı olub?
- Düşünürəm ki, bu makiyaj çəkilməsinin texniki tərəfidir. Makiyajın üzərində olduğu əsası biləndə sən kölgələri doğru qarışdıra, dodaq parıldadıcılarını daha çox parlaqlıq üçün gözlər üçün istifadə edə bilərsən. Ancaq makiyajı çəkmə qaydalarını biləndə çətinliklərdən biri ətrafdakı bütün insanlarla ümumi fikir tapmaq olacaq. Vizajistlərin işində əsas çətinlik hər kəsin razı qalmasını təmin etməkdir. Burada çəkiliş qrupu, artist və fotoqraflar da nəzərdə tutulur.

Gözəllik haqqında hər şey: məşhur vizajist Françeska Tolotdan məsləhətlər

- M.A.C kosmetika brendinin hansı vasitələrini hər bir qız üçün "Must Have" hesab edirsiniz?
- Şübhəsiz ki, ilk növbədə gözlər üçün tuş və üzə yüngül sayrışma verən M.A.C Strobe Crème kremini qeyd etməliyəm. Açığı, mən qadın üzünün disko-şar kimi uzaqdan işıq saçmasını sevmirəm. M.A.C Strobe Crème vasitəsi üzə təravətli parıltı verir, bu isə onu banal haylayterlərdən tamamilə fərqləndirir. Dodaq boyaları da ayrıca diqqətə layiqdir. Müxtəlif çiçək çalarları və teksturalarının böyük çeşidi bizə həyatın istənilən hadisəsi üçün ideal ton seçməyə imkan verəcək. Məsələn, Moskvada master-klass zamanı mən ilk dəfə olaraq, lazımi çaları əldə etmək üçün bir neçə rəngi qarışdırmalı oldum. Bu çalar artıq hazır idi və işimin yekunu üçün azacıq çəhrayı çalar əlavə etmək qalırdı. Eləcə də, M.A.C-ın bronzatorunu qeyd etmək lazımdır. Mənə elə gəlir ki, məhz bu məhsul istənilən obrazı yeniləyə bilər. Yay vaxtı o, sizin qaralmış dərinizi vurğulayacaq, qışda isə dərinizə sağlaq parıltı verəcək. Ən az miqdardan başlayın və tədricən lazımı çaları əldə edənə qədər üzünüzə çəkin.

Gözəllik haqqında hər şey: məşhur vizajist Françeska Tolotdan məsləhətlər

- Həyat yoldaşınız Alberto Tolotla birgə işiniz zamanı hansısa mübahisələr yaranırmı və onları necə həll edirsiniz?
- Bu gülməli səslənsə də, ancaq biz həqiqətən onunla simbiozda çalışırıq və bir-birimizi yarı sözdən başa düşürük. Çoxları həyat yoldaşı ilə əməkdaşlıq etməyi böyük əziyyət hesab etsə də mənim üçün bu, əsl həzzdir. İndiyədək çəkiliş meydançalarında çoxlu sayda fotoqrafla çalışmışam. Amma Alberto ilə çalışarkən duyduğum qarşılıqlı anlayışı heç kimlə hiss etməmişəm. Biz bir-birimizi yaxşı tanıyırıq, bir-birimizin əməyinə hörmət edirik və ən vacibi, iki nəfərə bir baxışa sahibik, bu isə bizim birgə işimizi tamamlayır.

Gözəllik haqqında hər şey: məşhur vizajist Françeska Tolotdan məsləhətlər