Bu qulluq kosmetikasının hazırlanması zamanı Dior araşdırma laboratoriyalarında dəri ayrıca orqan olaraq, onun üst qatının vəziyyətini nəzərə almaqla öyrənilib. Bu yanaşmaq metaqenomikaya - genetik xarakteristikalardan dəri florasının hüceyrələrinə qədər onun bütün aspektlərinə toxunan dəri araşdırmasına qlobal yanaşmaya əsaslanır.

Kolleksiyaya üç maska növü, dəri təmizlənməsi üçün 4 vasitə, o cümlədən şanagüllə toxumları ilə pudra, eləcə də 3-ü 1-də unikal nəmləndirici serum və yüngül təravətləndirici sorbet-krem daxildir. Dior Life qamması dərinin sağlamlaşdırılması və təbii gözəlliyi üçün Get Your Glow!, Shine no more!, Plump up your skin! və Mix it up & Multi-Mask! proqramlarını təqdim edir.

Bundan əlavə, fransız brendi ekologiya məsələlərinə diqqətlə yanaşıb. Vasitələrin bütün qablaşdırmalarının yenidən işlənməsi nəzərdə tutulub, məhsullar isə hava enerjisinin istifadəsi ilə hazırlanıb. Kolleksiya aprelin 1-də satışa çıxarılacaq.

Dior-dan yeni qulluq vasitələri