Londonun məşhur MALL qallereyalar salonlarından birində keçirilən sərgi "Royal Union" rəssamlar birliyinin 50 illiyinə həsr olunub. Sərgidə məşhur fırça ustalarının 400 əsəri təqdim olunur. Əsərlərin hər biri rəssamların dəniz mövzusuna olan münasibətini əks etdirir.

Gənc və istedadlı rəssam Cəsar Məmmədov Azərbaycanın görkəmli rəssamı, YUNESKO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Akademiyasının akademiki, Avropa Təbii Elmlər Akademiyasının akademiki Sakit Məmmədovun oğludur. O, indiyədək Sinqapur, Fransa, Rusiya, Portuqaliya, İspaniya və Türkiyədə müxtəlif sərgilərdə iştirak edib. Onun əsərləri dünyanın bir çox qallereyalarında saxlanır. Londonda Cəsar Məmmədovun Xəzər dənizinə həsr olunan iki rəsm əsəri nümayiş olunur.

Sərgi oktyabrın 8-dək davam edəcək.

Azərbaycanlı rəssamın əsərləri Londonda sərgilənir

Azərbaycanlı rəssamın əsərləri Londonda sərgilənir