Reytinqi yazıçı, rəssam, kurator və tənqidçilərin daxil olduğu ekspert şurası hazırlayır. Birinci yerdə ikinci dəfədir ki, siyahıya liderlik edən Londondakı "Serpentayn" qalereyasının direktoru Hans-Ulrix Obristddir. İkinci yeri kurator Adam Şimçik tutub.

Üçüncü yerdə ötən ilki siyahının liderləri art-dilerlər İvan və Manuela Virtdir. Dördüncü pillədə amerikalı qalereyaçı və art-diler Devid Tsvirnerdir. 5-ci pillədə Tate Modern London qalereyasının rəhbərləri Nikolas Serota və Frensis Morrisdir.

ArtReview müasir incəsənət jurnalı 1949-cu ildə təsis edilib və bu sahədə ən nüfuzlu nəşrlərdən biridir. O, dünyanın 28 ölkəsində satılır. İncəsənət dünyasının ən nüfuzlu şəxslərindən ibarət reytinqi jurnal 2002-ci ildən hazırlayır.