Corctaun universitetinin məzunu olan Kris Rellas dünya incəsənətinin şedevr əsərlərinə Rolex saatları, Chanel ətirləri, Gucci çantası, Supreme kepkası, Yeezy krosovkası kimi müasir obyektləri əlavə edir. Bununla o, yeni obyekt əlavə etməklə rəsmin mənasını dəyişməyin necə asan olduğunu göstərir. Rəssamın yeni işi müasir memarlıq şedevlərindən biri olan Bakıdakı Heydər Əliyev Mərkəzidir. O, işini belə təsvir edib: "Bunu Zaha Hadiddən yaxşı heç kim etməzdi".

Rellasın 203 işini paylaşdığı Instagram hesabını 32 min insan izləyir. Kris Gucci kimi tanınmış brendlərlə çalışır. Onun son işlərindən biri incəsənət və sosial şəbəkələrə həsr olunmuş #GucciGram layihəsidir.