Ən bahalı brilyant: mavi Oppenheimer Blue
Qiyməti: $ 57,6 milyon

Əvvəlki sahibi Filip Oppenheymerin şərəfinə adlandırılmış Oppenheimer Blue mavi brilyantı Christie's hərracında 57,6 milyon dollara satılıb. 14,62 karat çəkisi olan Klassik zümrüd təraşlı daş hərraca çıxarılan ən böyük mavi brilyant olmaqdan əlavə, həm də ən bahalı zərgərlik lotu olub.

İlin ən bahalı lotları

Ən bahalı rəsm əsəri: "Saman tayası", Klod Mone
Qiyməti: $ 81,4 milyon

2016-cı ildə satılan ən bahalı rəsm əsəri impressionist Klod Monenin "Sama tayası" əsəri olub. Christie's hərracında noyabr ayında rəsm əsəri 81,4 milyon dollara satılıb, bununla əsər ilkin qiymətləndirməsini iki dəfə baha qiymətə satılıb.

İlin ən bahalı lotları

Ən bahalı çanta: Hermès Birkin
Qiyməti: $ 300,1 min.

750 əyarlı ağ qızıldan funrituralı, brilyantlarla örtülmüş Himalay timsahı dərisindən Birkin çantası Honkonqdakı Christie's hərracında rekorda imza atıb. Moda aksessuarı 300,1 min dollara satılıb.

İlin ən bahalı lotları

Ən bahalı libas: Merilin Monronun şəffaf libası
Qiyməti: $ 4,8 milyon

19 may 1962-ci ildə aktrisanın ABŞ prezidenti Con Kennedinin ad günündə çıxış etdiyi ziyafət geyimi Los-Ancelesdə Julien's Auctions hərracında 4,8 milyon dollara satılıb. Jan Luinin müəllifi olduğu 2,5 min kristalla bəzədilmiş geyimi Believe it or not muzey şəbəkəsi əldə edib.

İlin ən bahalı lotları

Ən bahalı qol saatı - Patek Philippe Ref. 1518
Qiyməti: $ 11,2 milyon

1943-cü ildə buraxılan daimi təqvimli və xronoqraflı, polad korpuslu Patek Philippe Ref. 1518 saatı The Geneva Watch Auction: Four hərracında 11,2 milyon dollara satılıb. Bu unikal saata əldə etmək hüququ uğrunda 7 nəfər mübarizə aparıb. İlkin qiymətləndirməni, demək olar, dörd dəfə ötən yekun məbləğ bu saatı indiyə qədər hərracda satılmış ən bahalı qol saatı edib.

İlin ən bahalı lotları

Ən bahalı komiks rəsmi: "Tintinin macəraları" seriyasından "Ayda səyahətçilər"dən səhifə
Qiyməti: $ 1,61 milyon

Ən bahalı komiks səhifəsinin ölçüsü - 50x35 sm-dir. Bütün dünyada Erje ləqəbi ilə tanınan belçikalı Jorj Remi bu rəsmi 1954-cü ildə "Tintinin macəraları" komiks seriyasından "Ayda Səyahətçilər" (bu komiks buraxılışı əsasında Stiven Spilberq 2011-i ildə Deniel Kreyqin baş rolda çəkildiyi film çəkib) buraxılışının bir hissəsi olaraq çəkib.

İlin ən bahalı lotları

Ən bahalı kəl: qara Afrika kəli Horizont
Qiyməti: $ 11,1 milyon

"Dünyada ən yaxşı genə sahib" Horizont ləqəbli qara kəl öz növünün ən bahalı nümayəndəsi olub. 2016-cı ilin fevral ayında CAR-dan olan biznesmen qrupu onu 11,1 milyon dollara əldə edib. Onlar Horizonta ildə 10 dişi gətirmək və nəsili qorumaq imkanı qazanıblar.

İlin ən bahalı lotları

Ən bahalı telefon: Salvador Dalinin lobster-telefonu
Qiyməti: $ 1,058 milyon

Bu telefonu Dali 30-cu illərin ortasında şair və mesenat Edvard Ceyms üçün insanları bir-birindən uzaqlaşdıran texnika nəslinə qarşı etirazı ifadə etmək məqsədilə yaradıb. Rəssam adi telefon aparatını götürüb, üstən onun dəstəyini gipsdən hazırlanmış omarla "örtüb". Aparat Christie's hərracında 1 milyon dollara satılıb.

İlin ən bahalı lotları

Ən bahalı möhür: Çin imperatoru Tsyanlunun möhürü
Qiyməti: $ 21,8 milyon

Qırmızı və ağ nefritdən olan, üzərində 9 əjdaha həkk edilmiş, Çin imperatoru Tsyanlunun 18-ci əsrə aid möhürü Parisdəki hərracda ilkin qiymətləndirilməsindən 20 dəfə baha qiymətə satılıb. 19-cu əsrin sonunda nefrit möhür fransalı həkim tərəfindən Çindən çıxarılmışdır və 100 ildən çox bir müddətdə onun nəslinin davamçıları tərəfindən ailə əmanəti olaraq saxlanılmışdır. Möhürün alıcısı çinli kolleksioner olub, odur ki, artefakt yenidən vətəninə qayıdır.

İlin ən bahalı lotları