Sərgidə Ballerinas yazılı polad heykəllərindən Gazing Balls seriyasında dünya rəssamlıq mədəniyyəti şedevrlərinin interpretasiyalarına qədər işlər nümayiş olunacaq. Ən bahalı Amerika rəssamının işləri qalereyanın Meyfeyr rayonunda Qrosvenor-Hilldəki şöbəsində nümayiş olunacaq. Sərgi 21 yanvar 2017-ci ilə qədər davam edəcək.

Ceff Kuns ən məşhur müasir rəssam və heykəltəraşlardan biridir. Onun müəllif heykəlləri və rəsmləri çox populyardır. Onlar klitç, post-pop-art və neo-pop-art stillərində işlənib. Kunsun "Çiçəkdən heykəl" və ya "Hava şarından çiçək" heykəli dünyada ən bahalılardan hesab olunur. Belə ki, onun qiyməti 26 milyon dollara yaxındır.