Bu il incəsənət yarmarkasında Şimali və Cənubi Amerika, Avropa, Asiya və Afrikadan 267 aparıcı qalereya iştirak edəcək. Təqdim olunan işlərin arasında rəsm və heykəltəraşlıq nümunələri, installyasiyalar, fotolar və kinofilmlər var. Qonaqlar Mark Şaqal və Kazimir Maleviçin rəsmlərini, Roy Lixteynşteynin nadir işləri, Marina Abramoviç və Ay Veyveyin yeni layihələrini görə biləcəklər. Ən böyükmiqyaslı installyasiyalar Kollins və Saundspkeyp açıq meydançalarında yerləşəcək.

Artwork copyright Louis Delsarte, Felandus Thames, Charly Parker, Kadir Nelson, Tatyana Fazleizadeh, Shirley Woodson

Tədbirdə dünyanın müxtəlif yerlərindən olan 4000-dən çox rəssamın işləri təqdim olunub. Nova bölməsi xüsusi olaraq son üç ildə yaradılmış yeni işlər üçün ayrılıb, Positions gənc və perspektivli rəssamların işlərinin baxışı, Kabinett isə hər bir qalereyanın öz düşüncəsinə görə istifadə edəcəyi məhdud məkan təqdim edir. Survey bölməsi isə incəsənət tarixini əks etdirən maarifləndirici layihələr üçündür.

Arrow Sculpture by Tony Tasset

Naturaleza Urbana by Yoan Capote

Ən diqqətəlayiq bölmələr Public və Film olacaq. Birinci bölmə çərçivəsində Mayamidə Kollins-park ərazisində açıq səma altında 20-dən çox böyükmiqyaslı installyasiya yerləşdiriləcək. İkinci bölmə çərçivəsində isə Saundskeyp-parkda açıq səma altında keçəcək kinonümayişləri seriyası planlaşdırılıb.

Qeyd edək ki, gələn il “Art Basel” 7-10 dekabr, 2018-ci ildə isə 6-9 dekabr tarixlərində keçiriləcək.

Miami Mountain by Ugo Rondinone