Gürcüstan incəsənətini dəstəkləmək üçün Project ArtBeat müxtəlif növ tədbirlər keçirir, beynəlxalq art-satışlarında, hərraclarında iştirak edir, sərgilər təşkil edir, www.projectartbeat.com onlayn platforması və "Moving" qalereyasının dəstəyilə müasir Gürcüstan incəsənətini təbliğ edir. Onlayn qalereya 2014-cü ildə gürcü rəssamlarını İstanbulda art-satışda və Sotheby's sərgisində təqdim edib, payızda isə Tbilisidə  www.projectartbeat.com saytının təqdimatı baş tutub. 2015-ci ildə Project ArtBeat bir sıra maraqlı tədbirlər planlaşdırır. Təşkilat yazda Nyu-Yorkda Pulse art-satışına, yayda isə Londonda Start art-satışına qatılacaq. Bundan əlavə, Gürcüstanda "Moving" qalereyasında gənc rəssamların dəstəyi ilə bir neçə layihə həyata keçiriləcək. 

Project ArtBeat - Gürcüstan incəsənətini dünyada tanıdan təşkilat

Project ArtBeat - Gürcüstan incəsənətini dünyada tanıdan təşkilat

Project ArtBeat Gürcüstanda və onun hüdudlarından kənarda gürcü rəssamları ilə əməkdaşlıq edir. Onlardan biri Gürcüstan Rəssamlıq Akademiyasını bitirdikdən sonra Amsterdamdakı Qerti Ritveld Akademiyasında təhsilini davam etdirən, daha sonra isə Düsseldorf Rəssamlıq Akademiyasını bitirən Teya Qvetadzedir. Teya 20 il ərzində Almaniyada yaşayıb və yaradıb, ötən il isə Gürcüstana qayıdıb. Qvetadze əsərlərini yaradarkən əsasən qarışıq texnikadan istifadə edir. Onun işlərində səthinin müxtəlifliyi ilə seçilən fakturalı rəsm kətanı obyektlərinə əhəmiyyətli yer ayrılır. Son işlərində müəllif tez-tez gildən, pambıq parçadan və müxtəlif növ orqanik materiallardan istifadə edir. Project ArtBeat-in təşkil etdiyi şama məhz belə işlər təklif edilib.

Project ArtBeat - Gürcüstan incəsənətini dünyada tanıdan təşkilat

Project ArtBeat - Gürcüstan incəsənətini dünyada tanıdan təşkilat

Project ArtBeat - Gürcüstan incəsənətini dünyada tanıdan təşkilat

Əlavə məlumat üçün bu ünvana yaza bilərsiniz: info@projectartbeat.com