Rəssamın sözlərinə görə, həmin əsəri vaxtilə 7 min dollara satıb. Müasir Azərbaycan incəsənətinin ən istedadlı nümayəndələrindən biri olan Vüqar Muradovun işləri Nyu-Yorkun MoMA The Museum of Modern Art, Vaşinqton Solomon R. Guggenheim Museum, Central and Eastern European Art Foundation kimi sərgi məkanlarını bəzəyir. O həm də karikatura janrı ilə məşğul olur, 2007-ci ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür. Hazırda rəssamın əsərləri Antalyada keçirilən "Expo 2016" rəsm sərgisində nümayiş olunur.

Rəssam Vüqar Muradovun əsəri Yaponiyada 50 min dollara satılıb