1. Azərbaycanda Marionet teatrı ilk dəfə XX əsrin 80-ci illərində rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə yaranıb.

2. Teatrın ilk tamaşası Üzeyir Hacıbəyovun eyniadlı əsəri əsasında hazırlanmış "Arşın mal alan" tamaşası olub. Maraqlıdır ki, tamaşanın premyerası Bakıda deyil, 1990-cı ildə Fransanın Karpantra şəhərində baş tutub.

Bakı Marionet teatrı haqqında 25 fakt

Bakı Marionet teatrı haqqında 25 fakt

3. Müslüm Maqomayev, 20 ünvanında yerləşən Marionet teatrının binası 1880-ci ildə antik obraz və motivlərdən istifadə edilərək neoklassisizm üslubunda inşa olunub. Yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan bina Bakı zadəganlarından olan Səlimxanovlara aid idi.

4. Tarixi binanın fasadında XIX əsrin sonuna xas klassik rus memarlığı elementlərindən və Avropa dekorlarından istifadə edilib. Ötən əsrin 60-cı illərində binada güclü yanğın baş verib və o, yararsız vəziyyətə düşüb. 80-ci illərdə bina Bakı Marionet teatrına verilsə də, burada əsaslı rekonstruksiya və bərpa işlərinin icrasına yalnız 2013-cü ildə start verilib.

5. Binada restavrasiya işləri "Yeni memar" memarlıq şirkəti tərəfindən aparılıb. Bu, şirkətin ilk teatr təcrübəsidir.

Bakı Marionet teatrı haqqında 25 fakt

6. Tarixi binanın teatra uyğunlaşdırılması üçün onun bünovrəsi bərkidilərək, üstündə yeni mərtəbələr inşa olunub. Layihənin icra olunmasında əsas dəstəyi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva göstərib.

7. Bakı Marionet teatrının açılışı 2016-cı il dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə baş tutub.

8. Teatrın binası qeyri-adi konsepsiyaya malikdir. Bina 3 mərtəbədən və damı açılıb-bağlanan terrasdan ibarətdir. Birinci mərtəbə binanın ən qədim hissəsidir. Növbəti mərtəbələr müasirliyə doğru dəyişir, bu isə sanki zamanda səyahət təsəvvürü yaradır.

9. Binanın daha bir özəlliyi burada qapıların olmamasındadır. Binada yalnız giriş və tamaşa zalının qapısı mövcuddur. Bir sözlə, binanı gəzib-görmək üçün heç bir maneə yoxdur.

Bakı Marionet teatrı haqqında 25 fakt

10. Bakı Marionet teatrı Azərbaycanda yeganə teatrdır ki, teatr binası olmadan dünyanın bir çox ölkələrində - Rusiyada, Fransada, Polşada, Almaniyada, İsveçrədə və ABŞ-da qastrol səfərləri ilə çıxış edib.

11. Teatrın binası həm də bir çox ölkələrin mədəniyyətinə aid qədim və unikal kuklaların sərgiləndiyi muzeydir. Kuklalar interyerin bir hissəsidir və elə ekspozisiya olunub ki, tamaşaçılar onları yaxından nəzərdən keçirə bilərlər.

Bakı Marionet teatrı haqqında 25 fakt

Bakı Marionet teatrı haqqında 25 fakt

12. Hazırda teatrda tamaşalar üçün hazırlanmış 45-ə yaxın marionet kukla var. Onların ölçüsü təxminən 30 sm-dən 60 sm-ə qədərdir.

Bakı Marionet teatrı haqqında 25 fakt

13. Tamaşaçı zalında oturacaqların sayı 49 ədəddir. Bütün dünyada qəbul olunan bu konsept tamaşaçıların səhnədəki kuklaları daha aydın görməsinə şərait yaradır.

Bakı Marionet teatrı haqqında 25 fakt

14. Marionet kuklaların yaradılması çox çətin və zəhmət tələb edən prosesdir. Məsələn, "Leyli və Məcnun" operası üçün kuklaların hissələri 3 il ərzində Tiflis, Vilnüs və Bakıda hazırlanaraq marionet kukla halına gətirilib.

Bakı Marionet teatrı haqqında 25 fakt

15. Marionet tamaşalarının hazırlanması üçün adətən 3-5 il vaxt lazımdır. Bu teatrda hər şey - dekorasiya elementlərindən tutmuş səhnə atributlarınadək kiçik ölçülərdə olduğu üçün əl işidir.

16. Marionet teatrının tamaşaları böyüklərə, əsasən, 12 yaşdan yuxarı olan tamaşaçılara ünvanlanıb.

Bakı Marionet teatrı haqqında 25 fakt

17. Bu tip teatrların repertuarı bütün dünyada operalar üzərində qurulub. Bakı Marionet teatrının konseptual ideyası böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun yaradıcılığına əsaslanır. Hazırda onların repertuarında "Arşın mal alan" və "Leyli və Məcnun" tamaşaları var, yaxın zamanlarda isə "O olmasın, bu olsun" operettasına müraciət olunacaq.

Bakı Marionet teatrı haqqında 25 fakt

18. Marionet teatrlarının tamaşaları aktyorların ifası nöqteyi-nəzərdən iki cür olur. Birincidə səhnədə aktyorlar deyil, yalnız kuklalar görünür. İkincidə isə tamaşaçılar həm aktyorları, həm də marionet kuklaları görə bilərlər. Bakı Marionet Teatrında birinci növ tamaşaya "Arşın mal alan", ikinci növə isə "Leyli və Məcnun" operası aiddir.

Bakı Marionet teatrı haqqında 25 fakt

19. Tamaşa zamanı aktyorlar əsasən qara geyinirlər, onların əlləri və üzləri açıq olur. Aktyorun bədəninin, əllərinin baxımlı olması, onun plastikasının və kuklanı idarə etmə qabiliyyətinin böyük önəmi var.

Bakı Marionet teatrı haqqında 25 fakt

20. "Leyli və Məcnun" tamaşası üçün teatra 4 yeni aktrisa qəbul olunub. Onlar Aysel Bədəlova, Tatyana Terentyeva, Sevil Quliyeva, o cümlədən görkəmli bəstəkar Rafiq Babayevin qızı Fərizə Babayevadır.

21. Azərbaycanda marionet teatrı üçün aktyor hazırlayan təhsil ocağı yoxdur. Bakı Marionet Teatrında tədris işləri Tərlan Qorçunun bilavasitə rəhbərliyi altında həyata keçirilir. Yeni aktyorların truppaya daxil olması üçün il ərzində intensiv məşqlər lazımdır.

Bakı Marionet teatrı haqqında 25 fakt

22. Marionet Teatrının poetikası yığcam ifa tələb etdiyi üçün burada Üzeyir bəyin heç də bütün ariyalarını eşitməzsiniz, digər tərəfdən mətndə operettada olmayan remarkalardan istifadə olunur.

23. "Arşın mal alan" operettasının orijinal versiyası 2 saat yarımdan çoxdursa, marionet teatrında tamaşa 1 saat 10 dəqiqə davam edir. Burada Gülçöhrəni Xuraman Qasımova, Əsgəri isə İlqar Muradov, digər obrazları isə Elxan Əhədzadə, Siyavuş Aslan, Zərnigar Ağakişiyeva, Məlahət Abbasova, Nuriyə Əhmədova, Nəcibə Hüseynova, Ramiz Məlikov, Yasin Qarayev və Füzuli Hüseynov səsləndiriblər. Layihənin musiqi rəhbəri bəstəkar Cavanşir Quliyevdir.

Bakı Marionet teatrı haqqında 25 fakt

24. "Leyli və Məcnun" operası 50 dəqiqədir. Tamaşanın musiqi versiyası bəstəkar Salman Qəmbərov tərəfindən işlənib. Məcnun rolunu Mənsum İbrahimov, Leyli rolunu Günay İmamverdiyeva, digər rolları isə Mənsum İbrahimovun tələbələri səsləndiriblər.

Bakı Marionet teatrı haqqında 25 fakt

25. Bakı Marionet teatrının tamaşalarına şirkətlər üçün korporativ baxışlar təşkil olunur, tamaşadan sonra isə qonaqlar teatra ekskursiya edə bilərlər.