Oktyabrın ortalarında Cenevrədəki "Artvera's" rəsm qalereyasında "Henk Helmantel: müasir qoca usta" sərgisi açılıb. "Müasir qoca" ifadəsi zamanın fövqündə olan əsərlər yaradan holland rəssam yaradıcı universumunu uğurla xarakterizə edir. Qeyd etmək lazımdır ki, Henk Helmantel öz tərzində yaşayıb-yaradır, sanki var olmanı öz zaman şkalası ilə ölçür. O, 1945-ci ildə sakit Vesteremdene şəhərciyində anadan olub, Qroninqendə Minerva incəsənət akademiyasını bitirərək, öz doğma yurduna qayıdıb, burada isə fermer təsərrüfatı olan mülkiyyət əldə edərək, təsərrüfatını holland pastoral monastırına çevirib. Ancaq belə həyat yaradıcını rahibə çevirmir. 2008-ci ildə Helmantel ilin ən yaxşı rəssamı seçilib və İncəsənət Həftəsi çərçivəsində Kunstenaa van het Jaar awards mükafatını qazanıb. Onun işləri ABŞ, Asiya və Avropada qalereyalarda sərgilənir. Rusiyada rəssamın əsərləri A.S. Puşkin adına dövlət təsviri incəsənət muzeyində təqdim olunur.

Gələcəyin əntiq əşyası

Gələcəyin əntiq əşyası

Gələcəyin əntiq əşyası

Rəssamlıqda Henk Helmantel Rembrantı öz kumiri hesab edir. Onu Qərbi Avropanın roman və qədim qotik memarlığı ilhamlandırır. Ancaq onun yüksək rəssamlıq ustalığı 17-ci əsr holland rəssamlığı ilə müqayisə edilə bilər, öz yaradıcı universumunu rəssam abstrakt, işlərini isə müəyyən konsept əsasında yaradıldığından konseptual hesab edir. Onları forma, rəng palitrasında klassik hesab etmək olar, ancaq bədii metod 20-ci əsrin rəssamlığına uyğun olan abstrakt ideyaya əsaslanır. Helmantelin, bir qayda olaraq, sadə əşyaların orijinal kompozisiyalarından ibarət olan natürmortları qeyri-adi dərəcədə nəfis və poetikdir. Rəssam ustalıqla əşya və işıq arasında dialoq yaradır. Rəssamlıq tərzinin bu xüsusiyyətləri gələcəkdə Helmentelin əsərlərinin onun 17-ci əsrdən olan həmvətənlərinin yaratdıqları şedevləri arasında layiq yer tutacağını güman etməyə əsas verir.

Gələcəyin əntiq əşyası

Gələcəyin əntiq əşyası

Gələcəyin əntiq əşyası

Gələcəyin əntiq əşyası
Henk Helmantelin yaradıcılığı barədə öz fikrinizi formalaşdırmağa zaman var. Bunun üçün Cenevrdə "Artvere's" qalereyasında gələn ilin fevral ayının 27-nə qədər davam edəcək sərgiyə getmək kifayətdir.

Ünvan: Cenevrə, İsveçrə. Etienne-Dumont, 1 küçəsi
Web: www.artveras.com