"Qarda palmalar", rejissor Fernando Qonzales Molin
Film daha çox keyfiyyətli melodrama serialını xatırladır. Süjet o qədər qarışıqdır ki, onu danışmaq çox çətindir və bu faktor filmi seriallarla yaxınlaşdırır. Ancaq bununla belə "Qarda palmalar"a film üzərindən ağlamağı sevənlər mütləq baxmalıdır. Film keyfiyyətlə işlənib və ona sərf olunacaq zamana layiqdir.

Bu il diqqətinizdən qaçan 5 film

"Pərdə", rejissor Emil Quliyev
"Pərdə" dramı ailə və dostlar arasında münasibətlərə toxunan sosial problemlər haqqındadır. Bu, hansısa ictimai rəyin faciəyə gətirib çıxmasını göstərir. Filmdə baş verən hadisələr nə vaxtsa, birbaşa və ya dolayısı ilə bizə də toxunub.

Bu il diqqətinizdən qaçan 5 film

"Sevgi və dostluq", rejissor Uit Stillman
Ceyn Ostinin "Ledi Syuzan" romanının ekranlaşdırılmasında baş rolları Keyt Bekinseyl və Xloya Sevinyi ifa edir. Rejissor 18-ci əsrdə İngiltərədə hakim olan atmosferi ötürə bilib. Boş vaxtınız varsa və üstəlik əhval-ruhiyyənizi keyfiyyətli yumorla qaldırmaq istəyirsinizsə, bu film sizin üçündür.

Bu il diqqətinizdən qaçan 5 film

"Səhrada rəqs edən", rejissor Riçard Reymond
Bioqrafik film İrandan olan gənc rəqqas Afşinin başına gələn real hadisələrdən bəhs edir. O, rəsmi dövlət qadağasına baxmayaraq, öz sevimli işini - rəqs sənətini atmır. Bütün rəqs epizodlarını London Olimpiya oyunlarının açılışında çalışan məşhur xoreoqraf Əkrəm Xan hazırlayıb.

Bu il diqqətinizdən qaçan 5 film

"Culyetta", rejissor Pedro Almodovar
İspan filmi ana və qızın mürəkkəb münasibətlərindən danışır. Kino tənqidçiləri üçün bu film "qadın" filminin necə olduğunu araşdırmaq üçün bəhanə oldu. Dolğun vizual sıra və aktyorların əla oyunundan siz mütləq həzz ala biləcəksiniz.

Bu il diqqətinizdən qaçan 5 film