Bayram ərəfəsində o, öz sevgilisi ilə ayrılır, lakin ailəsi olmadığından Miladı yalnızlıqda keçirməlidir. Ancaq Dryu bu vəziyyətlə razılaşmır və uşaqlıqda yaşadığı evə getmək qərarını verir. İndi bu evdə Dryu üçün yad olan adamlar (Valko ailəsi maliyyə problemləri səbəbindən ayrılmaq ərəfəsindədir) yaşayır. Dryu onlara maraqlı təklif edir: 250 min dollar qarşılığında Milad bayramında onu öz oğulları kimi qəbul etmək.