Müharibədən qayıdan mayak nəzarətçisi Tom İzabel adlı qızla qarşılaşır. Onların arasında yaradan sevgi İzabeli tamamilə dəyişir, o isə Toma həyata inamı qaytarır. Cütlük adada yaşamağa başlayır. Bir dəfə adanın sahilinə yeni doğulmuş uşağın olduğu qayıq yaxınlaşır. Cütlük uşağı öz doğma qızları kimi böyütmək qərarı verir və təsəvvür belə etmirlər ki, bu seçimin nəticəsi nə qədər dağıdıcı ola bilər.

Rejissor Derek Siyenfrensin filmində Maykl Fassbender, Alisiya Vikander, Reyçel Vays, Florens Kleri, Cek Tompson, Tomas Unqer, Ceyn Menelos, Qarri MakDonald və başqa aktyorlar çəkiliblər.