Yeni film Piter Parkerin məktəb illəri və onun superqəhrəman rolunda ilk macəralarından danışacaq. Piter qəhrəmanlıqlarını məktəb həyatı ilə uyğunlaşdırmağa çalışacaq, bu işdə isə ona Toni Stark kömək edəcək.

Film superqəhrəman barədə franşizanın ikinci buraxılışı olacaq. Rejissorunun Con Uotts olduğu ekran əsərinin premyerası iyulun 6-na təyin edilib. Filmdə Tom Holland, Maykl Kiton, Donald Qlover, Robert Dauni, Maria Tomey, Martin Starr və Enqauri Rays çəkiliblər.