Bu, özünün "Amerika arzusu"nu reallaşdırmağa can atan gənc və iddialı dul qadın haqqında hekayədir. Kirsten Dantsın qəhrəmanı akvaparkda işləyir və az məbləğdə əmək haqqı alır. Lakin yalanın və dələduzluğun köməyilə o, öz maddi vəziyyətini yüksəltməyə can atır.

Komediya serialının rejissoru Yorqos Lantomis, ssenari müəllifləri isə Robert Funke ilə Mett Lutskiydir. Serialın istehsalı ilə ABŞ-ın AMC kanalı, eləcə də Corc Kluni ilə Qrant Heslovun prodüser şirkəti məşğul olacaq.