Migel gizli gitara çalmağı öyrənir və müğənni karyerası qurmağı arzulayır. Onun kumiri isə əfsanəvi ifaçı Ernesto de la Krusdur. Migelin ailəsində musiqi ilə məşğul olmaq qadağandır, bunun səbəbi isə onun ulu babasının öz arvadını səhnə arzularına görə atmasıdır. De la Krusun gitarasına toxunan kimi Migel "Ölülər ölkəsi"nə düşür, burada o, Ektor adlı ruhla tanış olur və əfsanəvi musiqiçinin axtarışına yola düşür.

Cizgi filmini Latın Amerikası mənşəli aktyorlar səsləndirib. "Kokonun sirri"nin dünya premyerası noyabrın 22-də baş tutacaq.