Reytinqin lideri rejissor Devid Eyrin "Intiharçılar dəstəsi" filmidir. Filmdə baş rolları Cared Leto, Marqo Robbi, Uill Smit, Kara Delevin və Cey Kortni ifa edib. İkinci yerdə "İlk qisasçı: Qarşıdurma", üçüncü pillədə isə "Betmen Supermenə qarşı" filmləridir. Siyahıya "Dedpul", "İks adamlar: Apokalipsis", "Cəngəllik kitabı", "Möhtəşəm yeddilik", "Kabus ovçuları", "Varkraft" və "Tarzan: Əfsanə" filmləri daxil olub. Siyahının hazırlanması zamanı istifadəçilərin imdb.com saytında aldıqları məlumatlardan istifadə olunub.