Bu barədə o, Time Out nəşrinə müsahibəsində bildirib. "Son illər çox məhsuldar keçdi. Mən işimin əsiri idim. Lakin indi fasilə verməyi planlaşdırıram", - deyə aktyor bildirib. Aktyor karyerasının dayandırılması imkanı barədə suala Fassbender belə cavab verib: "Mən bunu təsəvvür edə bilirəm. Bunun mütləq baş verəcəyini demirəm, ancaq düşünürəm ki, ən yaxşı formada olduğun müddətcə oynamalıyam. Daha sonra eniş baş verir".

Maykl Fassbender ən yaxşı aktyorlardan biri hesab olunur. Son 15 il ərzində onun hesabında 30-dan çox film yığılıb, onların çoxu isə prestijli kino mükafatları, "Oskar" və "Qızıl qlobus" nominasiyaları ilə qeyd edilib. 2017-ci ildə isə Fassbenderin çəkildiyi "Çəkisizlik", "Yad: Vəsiyyət" və "Qar adam" filmləri ekranlara çıxacaq.