Rejissor Ridli Skottun filmi ksenomorfların (yadların) mənşəyi və təyinatı haqqındadır. Süjet lenti Skottun dörd il öncə çıxan Prometey" filmi ilə bağlıdır. "Prometey" filmi ilk olaraq 1979-cu ildə çıxan orijinal filmə prikvel olaraq düşünülmüşdü. Yeni filmdə "Prometey"in ekipajının sağ qalmış üzvləri android Devid (Maykl Fassbender) və Elizabet (Numi Rapas) insanın yaradıcılarının doğma planetinə yola düşürlər.

"Yad: Vəsiyyət" filminin premyerası mayın 17-nə təyin edilib.