Yeni serialda Hardi qiymətli daş ovçusu və fırıldaqçı Ceyms Dileynini oynayır. Dileyni Afrikada tapdığı almaz kisəsi ilə Böyük Britaniyaya qayıdır. Londona qayıtdıqdan sonra Ceyms atasının ölüm xəbərini alır. İndi onun hədəfi atasının ölümünə görə qisas almaq və öz gəmi şirkətinin əsasını qoymaqdır.

Serialın prodüserliyi ilə Tom Hardinin Hardy Son & Baker və Ridli Skottun Scott Free şirkətləri məşğul olub. Ssenari müəllifi bu il çıxan "Müttəfiqlər" filmi üzərində çalışan Stiven Naytdır. Serialın premyerası 7 yanvar 2017-ci ildə Böyük Britaniyanın BBC One kanalında baş tutacaq.