2740-cı il. Xüsusi agentlər Valerian (DeXaan) və Lorelin (Delevin) qalaktikada səyahət edirlər və ziyanvericilərlə mübarizə aparırlar. Növbəti missiya qəhrəmanları kainatın müxtəlif guşələrindən olan dünyalardan minlərlə varlıqların yaşadığı "Alfa" kosmik stansiyasına gətirir. Burada agentlər qarışıq işi araşdırmalı və bir hissəsi dostcasına, digəri isə düşmən kimi yanaşan yadplanetli varlıqları xilas etməlidirlər.

Film bir çox rejissorları elmi-fantastik filmlər çəkməyə ilhamlandıran "Valerian və Lorelin" fransız komiksləri seriyasına əsaslanır. Ekran işi Avropa kino tarixində ən bahalı film hesab edilir. Belə ki, onun büdcəsi 180 milyon dollardır. Kara və Deyndən başqa filmdə Rihanna, İtan Houk, Klayv Ouen və başqa ulduzlar çəkiliblər. Blokbaster avqustun 10-da prokata çıxacaq.