Art-obyektlər "Yaxşı hasarlar yaxşı qonşular qazandırır" installyasiyasının bir hissəsi olacaq. İşlər Nyu-Yorkun müxtəlif yerlərində - Manhetten rayonunda Aşağı İst-Saydda, Bruklində, Mərkəzi Parkda və Kuinsdə yerləşdiriləcək. İnstallyasiya oktyabrın 12-dən 11 fevral 2018-ci ilə qədər ictimaiyyət üçün açıq olacaq.

Nyu-Yorkda qızıl hasarlar quraşdırılacaq

Aksiyanın kuratoru Nikolas Baumenin sözlərinə görə, rəssam bölünmə anlayışının eyni zamanda həm fiziki təcəssümü, həm də metaforik təsviri kimi hasarın roluna diqqət cəlb etmək istəyir. Aksiya ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə cavab olacaq.