"Salam. Mənim adım Orxan Salahovdur. "El Patio" restoranında işləyirəm. Bu gün mən sizə öz müəllif kokteylimi təqdim edəcəyəm. Kokteyl "Souffle de l'ame" adlanır, tərcümədə "Qəlbimin nəfəsi" deməkdir. Nəyə görə "Hennessy V.S."i seçdim? Çünki bu konyak özünə məxsus dada malikdir. Hər insan individual olaraq bu konyakda bir dad hiss edir. Mən istəyərdim ki, sizə bu kokteyldə istifadə olunan inqrediyentləri təqdim edim. Mən orada sözsüz ki, "Hennessy V.S." konyakından istifadə etmişəm, "Safari" likyoru, təbii bal, təbii nar şirəsi, "Agnostura" və dəfnə yarpağı. Bütün iştirakçılara uğurlar arzulayıram!"

Kokteylin tərkibi:

"Hennessy V.S." - 4 cl
"Safari" likyoru - 3 cl
"Angostura" bitteri - 4 dash (12 damcı)
Təzə sıxılmış nar şirəsi - 5 cl
Bal - 3 cl
Dəfnə yarpağı - 3 ədəd

Hazırlanması:

Şeykerə buz əlavə olunur və qarışdırma (shake) üsulu ilə 15-20 saniyə ərzində şeyker soyudulur. Eyni zamanda badə buz ilə doldurulub soyumağa qoyulur. Mikserə dəfnə yarpağı və ardıcıllıqla digər inqrediyentlər - "Hennessy V.S." konyakı, "Safari" likyoru, bal, təzə sıxılmış nar şirəsi və 4-5 damcı "Agnustura" bitteri əlavə olunur. Daha sonra soyumağa qoyulan şeykerin buzunu boşaldılıb yeni buz əlavə edilir və mikseri şeykerə bağlayıb qarışdırmağa başlayırıq. 20-25 saniyə qarışdırdıqdan sonra qədəhdə olan buz yenisi ilə əvəz edilir. Kokteyl "double-strength" üsulu ilə badəyə süzülür, sonda nar dənələri və dəfnə yarpağı ilə bəzədilib süfrəyə təqdim olunur.

“Hennessy Very Special Cocktail” seçmə turunun səkkizinci iştirakçısı Orxan Salahov