Belə demək mümkündürsə, harasa gedirsən və sən özün-özünə əhval-ruhiyyəsən. Gəlib ümumi vəziyyəti dəyişə bilərsən. Sən necəsə xüsusisən. İnsanlar sənin kim olduğunu biləndə belə, həmişə səndən gözlənilməz, yeni, xoş bir şey gözləyirlər... Gəldin və sözün yaxşı mənasında təəccübləndirdin. Şən, dolu, yaraşıqlı, çox da yaraşıqlı olmayan. Birdən o, şən, gözlənilməz insan nələrsə etməyə başlayır. Qızlar üçün xüsusi olmaq asandır. Sovet lətifəsindəki kimi:
"Qıza deyirlər:
- Siz bu gün elə gözəlsiniz.
O isə cavab verir:
- Nə danışırsınız, mən ancaq başımı yumuşam"

Qızlar həmişə xüsusidirlər. Kişilər üçün xüsusi olmaq həmişə əhval-ruhiyyə gətirir. Biz hara getsək, nə etsək də, ilk təəssürat əlbəttə ki, həlledicidir, ancaq onu kütlədən fərqlənmək üçün həmişə dəstəkləmək lazımdır. Bilik, təhsil, yeni bir şey demək bacarığı kütlədən seçilməyə kömək edəcək.

Murad Dadaşov “Hennessy Very Special Cocktail” müsabiqəsinin layihəsində

Cavanlıq və yetkinlik prinsipcə birləşdirilə bilən anlayışlardır. Bu, məhz həmin xüsusi adamlardır. Gənc, eyni zamanda təcrübəli. Müəyyən həyat şərtləri onları çətinliklərə salıb və onlar bundan nəticə çıxara biliblər. Belə bir gözəl ifadə var: "Müdriklik illərlə gəlir, elə də olur ki, illər təkbaşına gəlir". Mənə isə elə gəlir ki, müdriklik həmin illərdən tez gələndə, o müəyyən həyat şərtləri altında gəlir. Bu, çox vacibdir. Bu, insanı möhkəmləndirir.

Murad Dadaşov “Hennessy Very Special Cocktail” müsabiqəsinin layihəsində

Mənim bir yerinə yetməyən arzum var. Birincisi, ömrümün axırına kimi yəqin ki, yerinə yetməyəcək bir arzum var. Həmişə serfinqist kostyumu geyinə bilən və özünü rahat hiss edən insanlara paxıllıq etmişəm. Əlbəttə ki, onu mən də geyinə bilərəm, ancaq qorxuram ki, məni bu kostyumda görən insanlar serfinqin daşını atacaq. Ciddi olsaq, mənim arzum dramatik rol ifa etməkdir. Mənə həmişə komediya rolları təklif edirlər. Hamı düşünür ki, mən komik rolları əla ifa edə bilirəm, ancaq mən drammatik rolları da əla oynaya bilərəm. İnsanların buna inanması üçün nə etmək lazım olduğunu bilmirəm. Yəqin ki, mən özüm özümə belə imkan yaratmalı və hamını buna inandırmalıyam. Güldürməyi bacaran kəs, düşünürəm ki, insanları düşündürməyi, ağlatmağı da bacarar.

Murad Dadaşov “Hennessy Very Special Cocktail” müsabiqəsinin layihəsində

Mən bütün dünyanı gəzdim, insanların getdiyi və əksəriyyətin getmədiyi müxtəlif yerlərdə oldum. Ancaq "Hennessy" evinə səfər tamamilə fərqli səfər idi.

Hər şey bu qədər gözlənilən və gözlənilməzdir. Hər şeydə ənənələrin izi hiss olunur, bununla belə hər şey dəbli, əladır. Bura çox maraqlı yerdir və xoşbəxtəm ki, orada oldum. Hər kəs burada olmaq imkanı qazanmır. Hamı bilir ki, xoşbəxtlik pulda deyil. Orada olmaqla mən ənənələrə və tarixə toxunmaq şansı qazandım. Başa düşdüm ki, adi əşyaların arxasında peşəyə inanılmaz sevgi, öz ixtisasına inanılmaz töhfə, insanların inanılmaz əməyi və məsuliyyəti dayanır. Bütün bunların arxasında böyük əmək dayanır.

Murad Dadaşov “Hennessy Very Special Cocktail” müsabiqəsinin layihəsində

Hesab edirəm ki, yaş ötdükcə insanlar üstünlüyü kokteyllərə verməlidir. Bu, "axşam nə qədər yaxşıdırsa, səhər o qədər pisdir" kimidir. Ümumiyyətlə hesab edirəm ki, yaş ötdükcə orqanizm ciddi və ağır alkoqollu içkilərə tab gətirmir. Kokteyllər bu məsələdə xilas yolunu təklif edir, çünki uzun müddət ayıq baş və yaddaşla xoş əhval-ruhiyyədə qalmaq olar. Mənə elə gəlir ki, kokteyllər daha maraqlıdır, xüsusilə də yay kokteylləri.

Qalib gəlmək üçün, ilk növbədə özünüz "Very Special" olmalısınız. Təkcə hamıdan yaxşı hazırlaşmaq deyil, edəcəyini düşünmək, başa düşmək və sevmək lazımdır.