Aksessuarlar özündə müasir dizayn və yüksək texnologiyaları birləşdirir. Güzgülü şüşələr və paslanmayan poladdan olan qara, qırmızı, bej və yaşıl rəngli dəstəklər zərif cinsin nümayəndələrinin ürəyincə olacaq. Kampaniya çərçivəsində Hollivud ulduzu şahmatçı və qılıncoynadan obrazlarında çıxış edib. Süjet İnqmar Berqmanın "Yeddinci möhür" filmini xatırladır. Videonu məşhur fotoqraf Erik Madiqan Hek çəkib.

Kolleksiyaya daxil olan günəş eynəklərinin qiymətləri 250-286 dollar arasında dəyişir.