- Emiliya, müğənni olmağı uşaqlıqdan arzulamısınız?
- Musiqiyə həvəsim kiçik yaşlarımdan var idi. Anamın istəyilə 7 il musiqi məktəbində fortepiano üzrə təhsil aldım. Daha sonra təhsilimi Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano şöbəsində davam etdirdim. Fortepiano ilə bərabər, həm məktəbin, həm də kollecin xorunda çıxış edirdim.

- Müğənnilik çətin bir sənətdir, müsbət və mənfi tərəfləri var. Ailəniz bu qərarınıza qarşı çıxmadı?
- Əslində, müğənniliklə sonradan məşğul olmağa başladım. Musiqi Kollecində təhsil aldığım illərdə tələbə yoldaşlarımızla tez-tez bir yerə toplaşıb çalıb-oxuyurduq. Bir dəfə mənim oxumağımı eşidəndə dedilər ki, gözəl səsin var. Məsləhət gördülər ki, Vaqif Gərayzadənin yanına gedim, səsimi yoxlasın. Lakin o zaman nə ailəm, nə də mən buna hazır deyildik. Ancaq məndə bu həvəsi görəndən sonra razılaşdılar və az tanınan musiqi qrupları ilə çalışmağa başladım. 2011-ci ildə "Eurovision" mahnı müsabiqəsinin seçim turlarına qatıldım. Nailiyyət əldə edə bilməsəm də, orada əməkdar artist Rəşad Haşımovla tanış olduq. 4 ildən artıq müddətdə onunla "Rast" qrupunun nəzdində fəaliyyət göstərən "Həzz bənd" qrupunda çalışdım, konsertlərdə çıxış etdik, qastrol səfərlərində olduq. Sonra solo karyeraya başlamaq qərarına gəldim. Elə bu ərəfələrdə tanınmış prodüser Nigar Hacızadə ilə tanış olduq. Belə qərara gəldik ki, "Səs Azərbaycan" müsabiqəsinə qatılım. Bu addımım çox müvəffəqiyyətli oldu.

Gənc müğənni Emiliya: “Səhnəyə çıxanda başqa insana çevrilirəm”

Gənc müğənni Emiliya: “Səhnəyə çıxanda başqa insana çevrilirəm”

- "Səs Azərbaycan"da qazandığınız uğur sizi digər beynəlxalq müsabiqələrdə iştirak etməyə həvəsləndirdi?
- Əlbəttə ki, həvəsləndirdi. "Eurovision" kimi irimiqyaslı müsabiqələrdə iştirak etmək arzumdur. Hər şey mənim öz üzərimdə çalışmağımdan asılıdır. Ölkəmizi hər hansı bir beynəlxalq müsabiqədə təmsil etmək üçün təklif gəlsə, böyük məmnuniyyətlə qəbul edərəm.

- Səhnədəki və həyatdakı Emiliya arasında hansı fərqlər var?
- Səhnə adamı fərqli obrazlarda olmalıdır. Ancaq hələ ki, səhnə obrazı ilə bağlı axtarışlardayıq. Hər dəfə komandamızla birgə yeni bir obraz üzərində çalışırıq. Səhnə arxasında çəkindiyim, utandığım məqamlar olur, ancaq səhnəyə çıxanda başqa insana çevrilirəm.

Gənc müğənni Emiliya: “Səhnəyə çıxanda başqa insana çevrilirəm”

- Zülfiyyə Xanbabayevanın "Son görüş" mahnısını oxumaq ideyası necə yarandı?
- Zülfiyyə xanımı çox sevirəm və xoşbəxtəm ki, onunla, Nigar xanımla birlikdə çalışırıq. Zülfiyyə xanım hələ "Səs Azərbaycan" müsabiqəsi vaxtı mənə mahnı seçimində məsləhətlər verirdi. "Son görüş" mahnısını isə uşaq yaşlarımdan çox sevirdim. Nigar xanımdan təklif gələndə sevincimin həddi-hüdudu yox idi.

Gənc müğənni Emiliya: “Səhnəyə çıxanda başqa insana çevrilirəm”

Gənc müğənni Emiliya: “Səhnəyə çıxanda başqa insana çevrilirəm”

Gənc müğənni Emiliya: “Səhnəyə çıxanda başqa insana çevrilirəm”

Gənc müğənni Emiliya: “Səhnəyə çıxanda başqa insana çevrilirəm”

- Sizin üçün bu sənətdə ən yüksək hədəf hansıdır?
- Mənim üçün ən böyük nailiyyət insanların sevgisini qazanmaqdır. Əgər milyonların ürəyinə yol tapa bilsəm, bu arzuma çatmış olacam. Əsas odur ki, ifan zamanı tamaşaçılar sənin daxili aləmini duya bilsinlər. Mən qalmaqaldan uzağam. Qalmaqalla bir neçə gün gündəmdə qalmaq olar, ancaq nəticədə insanların gözündən düşərsən. Həyatında olan hər şeyin tamaşaçıların bilməsi düzgün deyil. Mənə elə gəlir ki, tamaşaçıların sevgisini qazanmaq üçün yalnız sənətinlə məşğul olmalısan.

Gənc müğənni Emiliya: “Səhnəyə çıxanda başqa insana çevrilirəm”

Gənc müğənni Emiliya: “Səhnəyə çıxanda başqa insana çevrilirəm”

Gənc müğənni Emiliya: “Səhnəyə çıxanda başqa insana çevrilirəm”

Çəkilişdə göstərdikləri köməyə görə Barkers alış-veriş mərkəzinə, JW Marriott Absheron Baku otelinə, eləcə də vizajist Elnur Həsənova dərin minnətdarlığımızı bildiririk.