Yeni qonağımız HOKUMA by Hokuma Hajiyeva brendinin yaradıcısı Hökumə Hacıyevadır. Hökumə Bakıda yaşayıb-yaradır, hər mövsüm bütün moda tendensiyalarına uyğun olan yeni kolleksiyalar buraxır. Kolleksiyalarının yaradılması zamanı o, əşyaların çoxfunksiyalılığına xüsusi diqqət ayırmağa çalışır. Onun işlərində həmişə kişi stilinin elementləri var, bütün kolleksiyanın əsasında zərif əşyalar dayanır. Stilli əşyalara sevgi qəhrəmanımızda uşaq yaşlarından yaranıb. Hökumə nümunəni öz valideynlərindən götürüb. Onlar uşaq yaşlarından onda dəbli əşyalara sevgi yaradıblar. Dizayner aksessuarlara böyük diqqət ayırır. Onun obrazı həmişə xırdalıqlara qədər düşünülüb və harada, necə geyinəcəyini dəqiq bilir.

Hökümə bizi həyat yoldaşı və qızı ilə yaşadığı evində qəbul etdi. Mənzildə rahatlıq və ideal nizamlılıq hiss olunurdu. Çəkilişimiz üçün dizayner bir neçə obraz seçdi və qarderobunu nümayiş etdirdi.

Birinci obraz smart casual stilindədir. Açıq çiyinləri olan bej sviter boş cinslər və dabanlı qayıqşəkilli ayaqqabılarla tamamlanıb.

GARDEROBE: Hökümə Hacıyeva

GARDEROBE: Hökümə Hacıyeva

GARDEROBE: Hökümə Hacıyeva

GARDEROBE: Hökümə Hacıyeva

GARDEROBE: Hökümə Hacıyeva

GARDEROBE: Hökümə Hacıyeva

GARDEROBE: Hökümə Hacıyeva

GARDEROBE: Hökümə Hacıyeva

GARDEROBE: Hökümə Hacıyeva

İkinci obraz axşam çıxışı üçün nəzərdə tutulub. Geyimin parlaq zümrüdü rəngi qəhrəmanımızın qaralmış dərisini əla vurğulayır. Aksessuar olaraq, o, Manolo Blahnik brendindən parlaq atlas qayıqşəkilli ayaqqabıları seçir.

GARDEROBE: Hökümə Hacıyeva

Üçüncü obraz nisbətən romantikdir. Donun üzərində olan lələklər bu luka fərqli görkəm verir. Hökümə geyimini Brian Atwood botfordları ilə tamamlayıb.

GARDEROBE: Hökümə HacıyevaGARDEROBE: Hökümə Hacıyeva