Diana: Her Fashion Story
Harada: Kensinqton sarayı, London
Nə vaxt: fevralın 24-dən etibarən

Sərgi şahzadə Diananın vəfatının 20-ci ildönümünə həsr olunub. Ömrünün 15 ilini yaşadığı Kensinqton sarayında Ledi Dinin qarderobundan 26 yaddaqalan obraz nümayiş olunacaq. Sarayın həyətində isə ziyarətçilər şahzadənin sevimli güllərinə - lalə, nərgiz və ingilis qızılgüllərinə tamaşa edə biləcəklər.

İlin əsas dəb sərgiləriMargiela: The Hermès Years
Harada: MoMu, Antverpen
Nə vaxt: 31 mart - 27 avqust

Belçikanın Antverpen şəhərinin Müasir İncəsənət muzeyində tanınmış dizayner Martin Marjelanın Hermes moda evində işlədiyi dövrə aid sərgi açılacaq. Ekspozisiyaya Marjelanın 1997-2003-cü illərdə yaratdığı geyimlər, o cümlədən dizaynerin bir neçə portreti daxildir.

İlin əsas dəb sərgiləri

Dalida
Harada: Palais Galliera, Paris
Nə vaxt: 27 aprel - 13 avqust

Qalyera muzeyində ilk dəfə olaraq fransız müğənnisi və aktrisası Dalidanın qarderobu nümayiş olunacaq. Karyerası boyunca Dalidanı Karmen de Tommazo, Pyer Balmen, Tyerrri Myuqler, Nina Riççi kimi məşhur modelyerlər geyindiriblər. Sərginin kuratorları olan Olivye Sayyar və Sandrin Tinturye stil ikonasının ən parlaq səhnə geyimlərini bir yerə toplayacaqlar.

İlin əsas dəb sərgiləriBalenciaga: Shaping Fashion
Harada: Viktoriya və Alber muzeyi, London
Nə vaxt: 2017-ci ilin mayından 2018-ci ilin fevralınadək

Böyük Britaniyada ilk dəfə olaraq fransız kutyurye Kristobal Balensiaqaya həsr olunan sərgi açılacaq. Layihə görkəmli modelyerin moda dünyasına və Andre Kurrej, Oskar de la Renta kimi dizaynerlərin yaradıcılığına təsirindən söz açacaq. Muzeydə Balensiaqanın əl işi olan 100-dən çox libas və 20 şlyapa nümayiş ediləcək.

İlin əsas dəb sərgiləri

Rei Kawakubo/Comme des Garçons
Harada: Metropolitan muzeyi, Nyu-York
Nə vaxt: 4 may - 4 sentyabr

74 yaşlı yaponiyalı dizayner Rey Kavakubo moda dünyasının ən nüfuzlu konseptualistidir. Onun Nyu-Yorkda baş tutacaq sərgisində 120 geyim, illüstrasiyaları, eləcə də 1981-ci ildən etibarən Comme des Garçons brendi üçün yaratdığı libaslar və 3D printerin köməyilə yaratdığı əşyalar daxil olacaq.

İlin əsas dəb sərgiləri

Iris van Herpen: Transforming Fashion
Harada: Dallas Museum of Art, Dallas
Nə vaxt: 21 may - 20 avqust

Hollandiyalı İris van Herpenin sərgisində dizayn, elm və texnologiyanın vəhdətini aydın şəkildə nümayiş etdirən 45 eksponat göstəriləcək.

İlin əsas dəb sərgiləri

The World of Anna Sui
Harada: Dəb və tekstil muzeyi, London
Nə vaxt: 26 may - 1 oktyabr

Dizayner Anna Suini "Time" jurnalı "Onilliyin stil ikonası" adlandırıb, Amerika dizaynerlər şurası isə onu "Ceffri Bin" mükafatına layiq görüb. Suinin bütün kolleksiyaları Amerika pop incəsənətindən ilhamlanaraq yaradılıb. Sərgidə 100-dən çox obraz nümayiş olunacaq.

İlin əsas dəb sərgiləri

The House of Dior: Seventy Years of Haute Couture
Harada: Viktoriya milli qalereyası, Melburn
Nə vaxt: 27 avqust - 7 noyabr

Moda evinin 70 illik yubileyinə həsr olunan sərgi üçün Avstraliyanın Melburn şəhərinə 140 gözoxşayan libas gətiriləcək. Onların arasında fransız kutyurye Kristian Diorun, ondan sonra brendə rəhbərlik edən İv Sen-Loranın, Mark Boanın, Canfranko Ferrenin, Con Qalyanonun, Raf Simonsun və Mariya Qratsiya Kyurinin də əl işləri var.

İlin əsas dəb sərgiləri