Mütəmadi olaraq Dubayda keçirilən Fashion Forward Dubai (FFWD ) tədbiri artıq ikinci dəfədir ki, Parisə gəlir. Bu il tədbir Paris moda həftəsinin ən qızğın vaxtında - 2-6 mart tarixləri arasında "InterContinental Paris Le Grand" otelində baş tutub. Avropalı moda tənqidçiləri, bayerləri və jurnalistlərinin mühakiməsinə Yaxın və Orta Şərqdən kutyurye əsərləri və Dubayda yerləşən moda markaları (Amira Haroon, Anaya, Asya Krasnaya, Cheyma, Hessa Falasi, Kage, Kristina Fidelskaya, Lama Jouni, Poca & Poca, Rami Al Ali, Rula
Galayini, Salta, Soltana və Sotra) təqdim edilib. Təqdimatda təkcə BƏƏ-dən deyil, Livan, Tunis, Polşadan və markanın əsasını Dubayda qoyan rusiyalı kutyuryeləri də görmək olardı.

Pret-a-porte modelləri arasında stilli qadın iş kostyumlarından straz, muncuq, kristal, broşdan maraqlı motivlərlə bəzədilmiş ziyafət geyimləri, köynək və sviterlər olub. Soltana markasının əsasını qoyan Fatma Ben Soltananın klassik qara pencəyi qızıl naxış və dekor hesabına dəbdəbəli ziyafət geyiminə çevrilib. Bayer və jurnalistləri modellərin yüksək kreativliyi heyran edib. Parisdəki bayram atmosferində moda müzakirələri beş gün ərzində davam edib.

Layihənin rəsmi saytı: www.fashionforward.ae

Dubaydan stillə

Dubaydan stillə

Dubaydan stillə

Dubaydan stillə