Diana fon Fyurstenberq deyir ki, stil özünüz olmağın arxayınlığı, özünüzü əhvalınız və nə edəcəyinizə uyğun olaraq hazırlamaqdır. Bunu daha yaxşı ifadə etmək olmazdı. Şəxsi luk yaratmaq yeni konsepsiya deyil. Koko Şanel, Ceki Kennedi, Odri Hepbörn, Sofi Loren, Bricit Bardo, Ceyn Birkin, Bianka Caqqer, Yoko Ono, Diana fon Fyurstenberq, gənc nəslin nümayəndələrindən Sofia Koppola, Karin Roytfeld, Dita fon Tiz, Viktoria Bekhem, Rihanna, Beyonsi, Cennifer Lopez, Mira Duma və Keyt Moss kimi hər bir moda ikonasının öz luku var.

Siz fərdi stilinizi müəyyən etmək və öz lukunuzu yaratmaq üçün özünüzlə 100% səmimi olmalısınız. Təkrar heç vaxt orijinal qədər yaxşı ola bilməz. Bu andan başlayaraq, ətrafa hansı ismarış göndərmək istədiyinizi müəyyən etmək üçün özünüzə qulaq asın və estetik zövqünüzü müəyyən edin. Bu, fərdi stilinizi nəzərdən keçirmək üçün iki əsas addımdır. Öz stilinizi müəyyən etməyə kömək etmək üçün icazə verin, müxtəlif stilləri analiz edim və bu həyəcanlı prosesə başlamaq üçün sizə bir neçə sadə məsləhət verim.

Unutmayın ki, kim olmağınızdan, haradan gəlməyinizdən, neçə yaşınız və peşənizin nə olmasından və ya nə qədər qazanmağınızdan asılı olmayaraq, siz öz unikal fərdi stilini yarada bilərsiniz və yaratmalısınız. "Öz stilinizi müəyyən etmək üçün siz özünüzə inanmalısınız", - deyə İv Sen Loran deyib. Kefinizi yüksək tutun və stil səyahətinə başlayın, unutmayın ki, yol boyu eksperimentlər etmək üçün çoxlu imkan var.

STİLİNİZİ MÜƏYYƏN ETMƏK ÜÇÜN ADDIMLAR
1. Moda jurnallarında və internetdə özünüz üçün ilham mənbəyi axtarın. Rəsmləri kəsin və ya printerlə çıxarın, ya da sadəcə kompyuterdə lukbuklu qovluq hazırlayın və özünüzə xas ilhamlanma stili yaradın.

2. Sevimli geyiminizdə şəkillərinizi tapın və onu ilham lövhəsinə və ya lukbuka əlavə edin. Geyimlərinizin yeni fotolarını əlavə etməyə davam edin.

3. Başqaları tərəfindən necə başa düşülmək istədiyinizi yazın. Onların sizdə nə görməyini istəyərdiniz?

4. Hansı rəng və formaların sizə yaraşdığını müəyyən etməyə çalışın. Köməyə ehtiyacınız varsa, yaxın dostlarınız və ailə üzvlərinizə müraciət edin.

5. Qarderobunuzu nəzərdən keçirin, hansı geyimlərin və nəyi daha çox geyindiyinizi müəyyən edin. Bəlkə də məhz bu rəng və ya formada özünüzü 100% olduğunuz kimi hiss edirsiniz. Nəticəni analiz edin.

6. Dostunuzdan və ya ailə üzvünüzdən hansı lukunuzun ən yaxşı, hansının isə ən pis olduğunu soruşun. Razılaşmasanız belə, cavabı analiz edin.

7. Öz stil ikonalarınızı tapın. Geyiminizlə bağlı şübhəniz olanda ikonanızın necə geyinə biləcəyini düşünün.

8. Eksperiment. Yeni luklardan qorxmayın! Həmişə sizinlə "danışan" geyimlə başlamağa çalışın. Özünüzü məhdudlaşdırmayın.

ÖZ STİLİNİZİ YARATMAĞA BAŞLAMAZDAN ÖNCƏ
1. Büdcənizi nəzərdən keçirin. Unutmayın ki, limitsiz büdcə maneə deyil, əksinə, köməkdir. Geyiminizə çoxlu pul xərcləməyinizlə yaxşı görünməyəcəksiniz, sizin kreativliyiniz və öz zövqünüzə sadiqliyiniz lukunuzu unikal və stilli edir. Öz fərdi stilini yaratmaqla siz daha ağıllı şoppinq seçimləri edəcəksiniz. Unutmayın ki, gözəl fərdi stilini olan istənilən qadının arxasında ağıllı şoppinq strategiyaları dayanır.

2. Stilinizi diqqətlə seçin və öz yaşınızı, həyat tərzinizi nəzərə alın. Sizin stiliniz zamanla təkamül edəcək, sizə nəyin uyğun olduğunu və nəyi bəyəndiyinizi bilirsinizsə, siz yanlış addımdan uzaqda olacaqsınız.

3. Stil qaydalarınızı bədən formallarınıza uyğun olaraq müəyyən edin. Üstünlüklərinizə diqqət ayırın, bədəninizin ən yaxşı tərəflərini işarələyin. Bu, sizin stil seçimlərinizi sadələşdirəcək və zamanınıza qənaət edəcək.

4. Sizin stilinizi nə müəyyən etdiyini analiz edin: xüsusi aksessuarlar, rəng və ya geyim hissəsi və ya geyimin bəzədilməsi. Bu, sizə öz firma lukunuzu yaratmağa kömək edəcək və sizing stil vəsiqəniz olacaq.

KLASSİK STİL
Xarakteristikaları: Bu incə dəbin bazasıdır, sadəlik ən vacib faktorlardandır, zamanın fövqündədir, həmişə trenddədir, zərifdir, bəzən mühafizəkardır, balanslı luk təqdim edir, geyimlərin təmiz xətləri və bədənə oturma, bədii deyil həqiqidir.

Stil ikonalari: Ceki Onassis, Karolina Errera, Ketrin Hepbörn, Cennifer Enniston, İnes de la Fressanj, Emmanuel Alt, Ancelina Coli, Sofia Koppola.

Fərdi stilini yaratmaq istəyənlər üçün məsləhətlər

Klassik qadın: Zərif və zövqlü stili oaln şəxs kimi qəbul olunur, həyatın istənilən aspektində yaxşı təşkilatlanmış və mükəmməldir, sadə geyimə üstünlük verir, öz təbiətinə uyğun zahiri görünüşə üstünlük verir və səs-küylü trendlərdən kənar qalır.

Əsas əşyalar: ağ köynək, Oksford köynəkləri, ipək bluz, kiçik qara libas, tünd rəngli düz cinslər, tikdirmə şalvar və pencək və ya klassik rəngli (qara, qəhvəyi, boz) idman gödəkcəsi, Chanel tərzində pencək, karandaş ətəklər, ağ futbolka, v-boyunlu kardiqan, kişmir sviter, klassik trenç, vodolazka, kostyum, klassik pencək, baletkalar, eləcə də dikdaban ayaqqabılar, mokasinlər, ipək və ya kişmir şərflər, klassik qızıl və ya gümüş zinət əşyaları, dəri kəmərcikli klassik saat, aviatorlar və s.

Brendlər: Giorgio Armani, Chanel, Calvin Klein,Hermes, Carolina Herrera, Max Mara, Ralph Lauren, Tommy Hilfiger, The Row, Celine.

KLASSİK LUK
Məsləhət: Geyiminiz sizin əhval-ruhiyyənizi və ya şəxsi tərzinizin istənilən aspektini əks etdirməlidir. Bunun üçün xarici görünüşünüzə əlvan rəngli şərf və ya trendli detalları olan aksessuar əlavə etmək olar.

Fərdi stilini yaratmaq istəyənlər üçün məsləhətlər
Xarakteristikaları: azad ruhlu, sakit, rahat, canlı, 70-ci illərdən ilhamlanmış, etnik, rəngli, çiçək printləri, peysli printləri, etnik naxışlı, muncuqlu, saçaqlı, qaraçı tərzində (bir neçə top və hər birinin üzərində zinət əşyaları), çiçək printi, dairəvi ətəklər, hippi baş örtükləri və s.).

BOHEMA STİLİ
Xarakteristikaları: Bohema qadını azad, müstəqil, tərzinə özünə məxsusdur, orijinal, ilhamlandıran və ilhamlanmış, öz daxili aləmini arzularına uyğun olaraq quran, ehtirasla yaşayan qadındır.

Stil ikonaları: Ceyn Birkin, Frida Kalo, Talita Qetti, Ceyd Caqer, Farah Fausett, Yoko Ono, Reyçel Zoe, Meri Keyt və Eşli Olsen, Diana fon Fyurstenberq, Nikol Riçi.

Fərdi stilini yaratmaq istəyənlər üçün məsləhətlər

Əsas əşyalar: vintaj ipək geyim, kəndli bluzu, alt köynəyi, kaftan, trapesiya cinslər və şalvarlar, etnik printli libas, kəndli geyimi, zamşa ətək, kəsik cinslər, ponço, xəzli gecə köynəyi, böyük ölçülü kardiqan, dikdaban səndəllər, platformalar, qladiator səndəlləri, vintaj zinət əşyaları, uzun boyunbağılar, qolbaqlar, manjetlər, panama şlyapa, baş örtükləri, geniş kəmərlər, yöndəmsiz çanta, şam sırğaları, böyük-etnik sırğalar, yumşaq şərf, paşima şərfi.

Brendlər: Tory Burch, Roberto Cavalli, Etro, Isabel Marant, Rachel Zoe, Anna Sui, Chloe, Halston Heritage,Diana von Furstenberg, Taliha, Ulla Johnson.

BOHEMA LUKU
Məsləhət: Baza geyimlə balanslaşdıraraq, bədəninizin istənilən mümkün yerini bəzək və zinət əşyaları ilə örtməklə, zərif luk əldə edə bilərsiniz.

Fərdi stilini yaratmaq istəyənlər üçün məsləhətlər

 

DRAMATİK STİL

Xarakteristikaları: 40 və 50-ci illərin tərzindən, retro stildən ilhamlanaraq, qlamur, heyranedici, xanımsayağı, yumşaq, yüngül, sayrışa, vintaj detallı, bədənə oturan geyimlər, bluzlarda büzmələr.

Stil ikonaları: Sofi Loren, Merlin Monro, Dita fon Tiz, Cennifer Lopez, Sofia Veqara, Salma Hayek, Monika Beluççi.

Fərdi stilini yaratmaq istəyənlər üçün məsləhətlər

Dramatik qadın: qorxulu və cazibədar, həssas və ağlı başdan alan və ya təcrübəli və eyni zamanda döyüşkən, onun tərzi onun istiqamətini əks etdirir, yüksək kontrastlı rənglərə üstünlük verir, cəsur geyimləri seçir.

Əsas əşyalar: ipli top, kamisol, korset, bədənə outran kapri şalvarlar, beli hündür kapri cinslər, zərif beli hündür trapesiya şalvarlar, karandaş-ətək, büzməli ətək, şəbəkəli libas, vodolazka, dalğalı top, xəz yaxalıq, retro top, bəbir printli geyim, kəmərli pencək, xəz haşiyəli pencək, maili kəsilmiş pencək, heyvan printli ayaqqabılar, muncuqlu boyunbağı, vintaj zinət əşyaları, dəri əlcək, nazik və geniş kəmərlər.

Brendlər: Chanel, Christian Dior, Dolce & Gabbana, Carolina Herrera, Diana von Furstenberg, Kate Spade, Roland Mouret, Oscar De La Renta, Christian Louboutin.

DRAMATİK LUK
Məsləhət: geyimin yuxarı və aşağı hissələri arasında balans saxlamağa diqqət yetirin. Geyimin yuxarı hissəsi aşağıdadırsa, aşağı hissəsi yuxarıda olmalıdır və ya əksinə.

Fərdi stilini yaratmaq istəyənlər üçün məsləhətlər

ROMANTIK STİL
Xarakteristikaları: 20 və 50-ci illərdən ilhamlanaraq, yüngül, vintaj detallı, yumşaq rənglər və parçalar, dalğalı, şəbəkəli, büzməli, zərif detallı, dairəvi xətli və əksər hallarda üzərində pərdə olan geyimlər.

Stil ikonaları: Skarlett Yohanson, Yeva Mendez, Helena Kristensen, Teylor Svift.

Fərdi stilini yaratmaq istəyənlər üçün məsləhətlər

Romantik qadın: onun luku yumşaq və gözəl olan şeylərə heyranlıq yaradır, zərifliyi dəyərləndirir və ümidsiz dərəcə romantic ola bilər.

Əsas əşyalar: dalğalı ətəklər, A-xətli ətək və libaslar, çiçək printli geyimlər, şəbəkəli toplar, ipək kamisollar, ipək bluz, dalğalı vintaj ipək geyim, 20-ci illərin tərzində kardiqan, şəbəkəli vintaj gecə köynəyi, yaxasız yun jaket, büzməli midi ətək, geniş ayaqları olan şalvarlar, dar şalvarlar, xəz yaxalıqlı pencək, ipək şərflər, vintaj gecə çantası, vintaj zinət əşyaları, vintaj tərzli saat, nazik kəmər, dikdaban Oksford ayaqqabıları.

Brendlər: Valentino, Ellie Saab, Chanel, Alberta Ferretti, Blumarine, Anna Sui, Temperley London.

ROMANTİK LUK
Məsləhət: büzməli və ya aydın xətləri olan paltarları birləşdirərək eskperiment edin.

Fərdi stilini yaratmaq istəyənlər üçün məsləhətlər

KREATİV STİL
Xarakteristikaları: bu, stil və trendləri birləşdirərək, dəblə əylənmək deməkdir, nəyin uyğun və ya təhlükəsiz olduğunu unudun, qarışdırın və uyğunlaşdırın, kobud olanı zərif olanla, cəsur olanı innovativlə balanslaşdırın.

Stil ikonaları: Diana Vriland, İris Apfel, Keyt Moss, Mira Duma, Karin Roytfeld, Xloye Sevinqi, Rihanna, Beyons, Madonna, Aleksa Çanq.

Fərdi stilini yaratmaq istəyənlər üçün məsləhətlər

Kkreativ qadın: yeni şeyləri sınamağa açıqdır və individualdır, onun üçün dəb necə hiss etməsi və nəyi bəyənməsi barədədir, o, bir tərzdə müxtəlif stilləri birləşdirməyi xoşlayır, tez-tez qeyri-adi printlər və rəng kombinasiyalarından istifadə edir, güclü dəb trendi yaratmağı xoşlayır.

Əsas əşyalar: tərz və müxtəlif tərzləri birləşdirmə səviyyəsindən asılı olaraq bu lukda baxışları cəlb edən aksessuarlar əsas rolu oynayır. Kreativ stilli qadınlar adətən dar və cırıq cinslərə, dəri şalvarlara, bəbir printli geyimlərə və şərflərə, Converse ayaqqabılara, müxtəlif növ şlyapalara, qrafik futbolkalara, kamisollara və başqa klassik baza əşyalara üstünlük verirlər.

Brendlər: Gucci, Saint Laurent, Balmain, Prada, Marc Jacob, Tom Ford, Opening Ceremony, Balenciaga,Viviene Westwood.

KREATİV LUK
Məsləhət: çalışın, geyiminiz diqqətçəkən olmasın və bunun üçün obrazınızı təmiz xətlərlə balanslaşdırın.

Fərdi stilini yaratmaq istəyənlər üçün məsləhətlər

Mark Ceykobsun bu sözünü unutmayın: "Mükəmməllik darıxdırıcıdır. Təbii və real olan şey mükəmməl ola bilər, əsl gözəllik də məhz budur".