Yeni HRH zərgərlik markasının adı onun əsasını qoyan istedadlı Hind Rafik Haririnin inisiallarıdır. Markanın hekayəsini nağıl başlanğıcı kimi danışmaq olar. Haririni yüksək moda və ustaların inanılmaz gözəlliyi olan "Şantiyi" krujevası yaratmaq bacarığı heyran edirdi. O, incə krujeva torunu qızılda hazırlamaq qərarı verdi. Uzun illər çəkən axtarış və sınaqlardan sonra arzu həyata keçdi, HRH zinət əşyaları isə sanki "haute couture" əsərləri oldu.

Hind üçün qadına sevimli zinət əşyalarının gətirdiyi sevinc və enerji, emosional tərkib çox vacibdir. O, hazırladığı sırğa, üzük, boyunbağı, qolbaq-manjetlər, taclara özünə yaxın və əziz olan şərq və Aralıq dənizi motivlərini, rəng simvolikası, zəriflik ideallarını əlavə edir. "Once upon a dream" krujeva kolleksiyası, xüsusilə də qızıl saplardan olan və qiymətli daşlarla bəzədilmiş qolbaq-manjet və krujeva sırğalar sanki "Min bir gecə"dən olan gözəl üçün yaradılıb.

HRH zərgərlik kolleksiyalarında tez-tez mərkəzi yer rəngə verilir. Üzüklərin sanki qızılgül ləçəkləri kimi yığıldığı və zərifliyi tərif etdiyi "The Rose of Hope" kolleksiyasında çəhrayı, qu quşunun zərif obrazından ilhamlanaraq hazırlanan "So One " kolleksiyasında bəyaz rənglər üstünlük təşkil edir.

HRH saat kolleksiyası 40 il ərzində Universal Geneve SA, Audemars Piguet, Patek Philippe, IWC, Graff, Van Cleef & Arpels, Vacheron Constantin, Bvlgari kimi brendlər üçün çalışan əfsanəvi italiyalı saat dizayneri Ceralda Centanın həyat yoldaşı Evelin Centa ilə Hindin tanışlığı sayəsində yaranıb. Centanın bir neçə eskizi HRH saat şedevrlərinin yaradılması üçün əsas olub.

Marka öz ilk butikini bir neçə ay öncə Monakoda məşhur Kazino meydanında açıb. Hində böyük uğurlar arzulayırıq!
Daha ətraflı məlumat üçün: www.hrhjewels.com

Yüksək zərgərlik kutyuru

Yüksək zərgərlik kutyuru

Yüksək zərgərlik kutyuru

Yüksək zərgərlik kutyuru