Tişeydlər - dairəvi formalı günəş eynəklərini məhz belə adlandırırlar. Bu aksessuar ötən əsrin 20-ci illərində populyarlaşıb, daha sonralar isə "Beatles" qrupu sayəsində yenidən dəbə qayıdıb. Dairəvi formalı eynəklər minimalistik stildə, çərçivəsiz və ya qalın çərçivəli, müxtəlif şüşələrlə təqdim edilir. Modellər o qədər çoxdur ki, hər kəs özünə uyğun olan stilli aksessuar əldə etməyə çalışır. Lakin bu cür eynəklər bütün üz quruluşlarına yaraşmır. Bəs düzgün seçimi necə etməli?

Dairəvi çərçivəli eynəklər: Trend yoxsa klassika?Dairəvi çərçivəli eynəklər: Trend yoxsa klassika?Dairəvi çərçivəli eynəklər: Trend yoxsa klassika?
İlk növbədə nəzərə alın ki, bu aksessuar sayəsində effektli və stilli görünmək, kütlədən seçilmək olar. Ancaq dairəvi formalı eynəklər oval və ya kvadrat formalı üzü olan qızlara daha çox yaraşır. Aksessuarın dairəvi forması ölçüləri balanslaşdırır. Üz formasının dairəvi olduğu qızlar isə tişeydləri ehtiyatla seçməlidirlər. Əks halda, "pişik Bazilio" və ya müğənni Qriqoriy Lepsi xatırladacaqsınız.

Dairəvi çərçivəli eynəklər: Trend yoxsa klassika?