Denim əşyalar ilk dəfə Fendi, Burberry Prorsum, Alberta Ferretti, Сhloe kimi brendlərin kolleksiyalarında görünüb. Bu il isə sanki bütün brendlər öz aralarında anlaşaraq, tendensiyadan yan keçməyib və kolleksiyaya sarafanlar, eləcə də zərif-mavi denimdən ətəklər daxil ediblər. Kübar indiqo çalarına boyanan parça Valentino və Michael Kors brendləri üçün yay paltolarının, Tod's üçün kostyumların, Louis Vuitton üçün isə şalvarların istehsalında əsas material olub.

street style denim
Denimdən olan ətəklər bu mövsüm ya maksimum uzun, ya da orta uzunluqdadır. Bu trend 70-ci illərdən ilhamlanıb. Risk etmək və denimdən total-look geyinmək istəsəniz, rəngi doğru seçməyə çalışın.

denim 2015denim 2015denim burberry denim