Dior moda evi fashion-şouların səhnə arxasına interaktiv nəzər salmağa imkan verən virtual reallıq eynəkləri hazırlayıb. "Ağıllı" Dior Eyes eynəkləri Dior şousunun qonaqlarına təklif olunacaq və istifadəçilərə 360 dərəcəlik görünüş təqdim edəcək. Dior Eyes eynəklərini əldə etmək istəyənlər 20 iyundan başlayaraq, markanın mağazalarına üz tuta bilərlər.