Bir çox xanımlar 2014-2015 payız-qış trendlərini öncədən bilməklə, qarderoblarına ona uyğunlaşdırırlar. Qarşıdakı mövsümlərdə ötən il olduğu kimi 60-70-ci illərin stilini xatırladan geyimlər aktual olacaq. Bundan başqa, yun, kürk və məxmər parçaların dəbdə olması qışda sizi həm soyuqdan qoruyacaq, həm də dəbli göstərəcək.

Buro 24/7 Azerbaijan 2014-2015 payız/qış trendlərini təqdim edir:

Mavi rəng
Bu rəngin çalarları - "buz" mavisi, açıq mavi, kobalt mavi mövsümün populyar rəngləri sırasındadır. Xüsusən kobalt mavi rəngli geyimlər qış mövsümündə çox rastımıza çıxacaq.

Payız-qış mövsümlərinin trendləri nələrdir?

Kürk
Kürk, daha doğrusu saxta kürklər payız/qış mövsümlərinin trendlərindəndir. Onlar paltarların ətəklərini, yaxalarını, qollarını bəzəyir. Əsasən rəngarəng, yəni "color block" kürklər əldə etməyə çalışın, hətta "Teddy Bear" kürk paltolarına da bu ilin dəbində yer veriləcək.

Payız-qış mövsümlərinin trendləri nələrdir?
"Sporty-Chic"
Street style-ın modaya gətirdiyi yeni üslub - sport-şıq bu qış "kapitone" parçalar, idman ayaqqabıları, nömrəli idman köynəkləri, kollec gödəkçələrində görünür.

Payız-qış mövsümlərinin trendləri nələrdir?
"Military"
Hərbi geyimlər 2014-cü ilin qış mövsümündə geri qayıdacaq. Kamuflaj naxışlar, haki yaşılı, hərbi gödəkçələr, çoxcibli şalvarlarla Kara Delevin kimi dəbli görünüşlər əldə edə bilərsiniz.

Payız-qış mövsümlərinin trendləri nələrdir?

Retro
1960-cı illərin mini ətəklərini, enlibalaq şalvarlarını, uzunboğaz çəkmələrini, qısa gödəkçələrini, Helmet papaqlarını və retro naxışlarını hər yerdə görməyə hazır olun.

Payız-qış mövsümlərinin trendləri nələrdir?

Maskulin
Bu ilki "BAFTA" mükafatlandırma mərasimində Ancelina Colinin geyindiyi Saint Laurent imzalı kostyum çoxunuzun yadındadır. Siz də onun kimi maskulin, eyni zamanda şıq görünmək istəyirsinizsə, bu qış kostyumlara, "pinstripes" naxışlara, "oversized" paltolara və pencəklərə üstünlük verin. Bu obrazda əsas tonlar - qara, boz və qəhvəyidir.

Payız-qış mövsümlərinin trendləri nələrdir?
Yun kostyumlar
Həmişəkindən fərqli olaraq yun donlar və köynəklər deyil, yun şalvarlar da trend olacaq.

Payız-qış mövsümlərinin trendləri nələrdir?
Metallik parçalar
Qışın darıxdırıcı soyuq havası ilə metallik parçalı geyimlər "mübarizə aparacaq". Xüsusən qızıl parıltılı geyimlər bol olacaq.

Payız-qış mövsümlərinin trendləri nələrdir?
Pelerin və pançolar
İri şallar, pelerinlər və pançolar da bu il dəbə qayıdan trendlərdəndir.

Payız-qış mövsümlərinin trendləri nələrdir?

Dama-dama naxışlar
Dama-dama naxışlı paltarların həvəskarısınızsa, "Tommy Hilfiger", "Burberry", "Ralph Lauren" markalarının bu ilki kolleksiyalarına mütləq nəzər yetirin.

Payız-qış mövsümlərinin trendləri nələrdir?