Miroslava Duma - Buro 24/7 internet dərgisinin və "Peace Planet" xeyriyyə fondunun yaradıcısıdır. İlk dəfə 2010-cu ildə ana olub, indi ikinci övladına hamilədir. "Color block" tərzində geyinməyi sevən stil ikonu hamilələr üçün ən yaxşı nümunələrdən sayıla bilər.

Nataşa Qoldenberq - "Hello" və "Grazia" jurnallarının Rusiya nəşrlərində jurnalist kimi fəaliyyət göstərib, "Tzipporah" geyim markasını yaradıb. İkinci övladını gözləyən Qoldenberq əsasən trençkotlara, pançoya və donlara üstünlük verir.

Yasmin Sevell - şəxsi şopper və dəb konsultantı işləyir, İngiltərənin ən qabaqcıl stil ikonlarından hesab olunur. İkinci övladına hamilə olan Sevell qarnını qabarıq göstərməyən "swing" donlar, rahat flatformalar və "oversize" köynəklərdə özünü rahat hiss edir.

Yeva Çen - "Lucky" dərgisinin baş direktoru, Nyu-York street-style dəbini diktə edənlərdəndir. Monoxrom rəngləri, statement çantaları, parlaq mavi rəngi sevən Çen sport-şık tərzini sevən gələcək analara ilham mənbəyi ola bilər.