Bədənimizin bütün yükünü çəkən ayaqlarımızın rahatlığı və sağlamlığı çox vacibdir. Ayaqqabı istehsalçıları xüsusən son illərdə insanların rahat hərəkət etmələri üçün bir çox modellər yaradır. Ancaq alman markası "Birkenstock" bu rahatlığı indi yox, düz 238 il bundan əvvəl düşünüb və hazırda trend olan "Birkenstock" başmaqlarını yaradıb.

Trend: Birkenstock səndəlləri
Markanın kökləri 1774-cü ilə qədər gedib çıxır. Alman İohann Adam Birkenstokun yaratdığı marka nəvəsi Konrad Birkenstokun dövründə daha da inkişaf edib. Səndəllərin çoxsaylı istehsalına 1964-cü ildə başlanıb. Ayağı tərlətməyən, xüsusi materialdan hazırlanan ortopedik başmaqlar əvvəlcə tibb sahəsində çalışanların rəğbətini qazanıb. 1980-ci illərdə isə gənclər və uşaqlar arasında sevilməyə başlayıb. Almaniyada ev başmaqları kimi istifadə olunan "Birkenstock"lar 90-cı illərdən Amerikada gündəlik geyimlərlə uyğunlaşdırılmağa başlanıb.

Trend: Birkenstock səndəlləri

"Birkenstock"un əsas xüsusiyyəti istehsalında istifadə olunan materialın keyfiyyətidir. Məhsulların astarı 3 mm qalınlığında, elastikliyi ilə fərqlənən təbii dəridir. Süni dəri boyasından istifadə edilmir, beləliklə, dərinin məsamələri qapanmır və səndəl ayaqları da tərlətmir. "Birkenstock"lar keyfiyyətli materialları sayəsində uzun illər istifadə olunsa da, formasını dəyişmir.

Trend: Birkenstock səndəlləri

Bir neçə il öncə isə "Birkenstock" brendi dünyaca məşhur model Haydi Klumla əməkdaşlıq edərək yeni kolleksiya buraxıb. Markanın pərəstişkarları sırasında milyarder Roman Abramoviç, Culia Roberts, Drü Berrimor, Meri-Keyt və Eşli Olsenlər, Codi Foster və Pol Makkartninin adını çəkmək olar.

Trend: Birkenstock səndəlləri

Buro 24/7 Azərbaycan "Birkenstock" səndəllərini dəbli obrazla tamamlamağın yollarını təqdim edir:

Klassik paltarlarla
Feminen paltarlara "sport" ab-havası əlavə etmək üçün onları "Birkenstock" başmaqları ilə geyinmək olar.

Trend: Birkenstock səndəlləri

Trend: Birkenstock səndəlləri

Şortla
Səyahət etməyi sevənlər yayda bu səndəlləri seçsin. "Birkenstock"lar şortlar, eləcə də qısa ətəklərlə əla uyğunlaşır. Görünüşü Fedora papaqları ilə tamamlaya bilərsiniz.

Trend: Birkenstock səndəlləri

Slip paltarla
90-cı illərin bu unudulmaz trendləri birlikdə çox gözəl görünür.

Trend: Birkenstock səndəlləri

Denimlə
"Birkenstock" təkcə cinslə deyil, skinnilər, karpilər, idman şalvarları ilə olduqca maraqlı obraz yarada bilir.

Trend: Birkenstock səndəlləri
Gödəkcəylə
Ümumiyyətlə, "Birkenstock"lar maskulin geyimlərlə yaxşı görünür. Onu rahatlıqla blazerlər və ya dəri gödəkcələrlə geyinmək mümkündür.

Trend: Birkenstock səndəlləri