Aydanın seçdiyi gündəlik obrazda trapesiya siluetli cins ayaqları qamətli göstərir. O, cins şalvarı obraza individuallıq verən böyük kristallarla bəzədilmiş denim köynəklə tamamlayıb. Aksesuarlardan isə piton dərisindən olan uzun metal zəncirli çantanı qeyd etmək istərdik. Hera Bag çantası bütün zamanlar üçün "must have" hesab olunur. O, gündəlik obrazı əla bəzəyir və gecə geyiminə də əlavə ola bilər. Ayaqqabı olaraq isə Aydan qızıl ilanla bəzədilmiş mantarlı tanketkanı seçib. Xatırladaq ki, məhz ilan brendi fərqləndirən nişanlardan biridir. Obraza əlavə qızıl üzük və kristallarla bəzədilmiş kəpənək formalı sırğalardır.

Up Close & Stylish: Aydan Məmmədova Roberto Cavalli geyimlərində

İkinci obraz dünya podiumlarında artıq bir neçə mövsümdür aktual olan etnik stilli uzun libasdır. Tökülən siluetli güzgülü hissəcikləri olan geyim Aydana əla yaraşır. Bəzək əşyaları olaraq, tünd daşlarlı uzun sırğalar və qolbaqla birləşən üzük seçilib. Belə bəzək əşyaları ilə siz həmişə diqqət mərkəzində olacaqsınız.

Up Close & Stylish: Aydan Məmmədova Roberto Cavalli geyimlərində

Aydanim buro247.az

Aydanın seçdiyi klatçı xüsusi vurğulamaq istərdik. Kvadrat forma, qızıl künclər, ideal dəri və əlbəttə ki, qızıl çaların gümüşü ilə ahəngi onu universal, eləcə də istənilən geyimə yaraşan edir. Bu model bir çox məşhur jurnalların moda fotosesiyalarında obrazları bəzəyib. Obrazın yekun elementi metallaşdırılmış piton dərisindən olan səndəllərdir. Belə ayaqqabı həm geyimi bəzəyir, həm də qadın ayaqlarını daha zərif və incə göstərir. Obrazınızla seçilmək və ətrafdakıların diqqətini cəlb etmək istəyirsinizsə, Zərifə Əliyeva 15/21 ünvanında yerləşən Roberto Cavalli butikinə baş çəkin.