Aktiv həyat tərzi yaşayan Viktoriya Bakıya "Avenue Coliseum" multibrend butikinin dəvətilə gəlib. İlk obraz üçün onun seçimi Philipp Plein brendindən xəz qolları və yaxasında iri broş olan yun paltardır. Populyar ulduz görünüşünü Sergio Rossi-dən qeyri-adi səndəllər və sırıqlı çanta tamamlayıb. Bochic brendindən olan dəbli aksessuarları isə ayrıca qeyd etmək lazımdır. Zərgərlik evinin brilyantlarla bəzədilmiş zinət əşyaları rokçu stilindədir, bu isə obraza xüsusi sərtlik bəxş edir.

Avenue ColiseumAvenue ColiseumAvenue ColiseumAvenue ColiseumAvenue ColiseumAvenue Coliseum
David Koma brendindən olan ikinci obraz isə zərif rəng ahəngilə göz oxşayır. Açıq boz rəngli paltar Swarovski daşlarıyla bəzədilmiş Casadei səndəlləri ilə əla uyğunlaşır. Paula Cademartori-dən ağ-qara çanta isə rəng oyununu yekunlaşdırır. Bu obraz üçün Viktoriya Yana Raskovalova imzalı yüngül və zərif zinət əşyalarından istifadə edib.

Avenue ColiseumВиктория БоняВиктория БоняВиктория БоняВиктория БоняВиктория БоняВиктория БоняВиктория Боня
Viktoriya Bonyanın seçdiyi bütün obrazları Neftçilər prospekti, 99 ünvanında yerləşən "Avenue Coliseum" multibrend butikindən əldə etmək mümkündür.