Nataşa Fransanın paytaxtı Parisdə doğulub və hazırda da orada yaşayır. Onun dizaynerlik karyerası 2002-ci ildə Balenciaga moda evində təcrübə keçməsi ilə başlayıb. O, 14 il ərzində məşhur dizayner, hazırda Louis Vuitton brendinin kreativ direktoru olan Nikolya Jeskyerin köməkçisi işləyib. Nikolyanın estetikası, zövqü və modaya baxışı Nataşanın bir dizayner kimi formalaşmasında böyük rol oynayıb. Şəxsi həyata gəldikdə isə Nataşa moda fotoqrafı Olivye Zam ilə evlidir, onların Baltyus Billi adlı övladları var.

Nataşa Ramsey-Levi və Olivye Zam

Qeyd edək ki, Nataşanın gəlişi ilə Chloé moda evinin stilində də dəyişikliklər olacaq. Belə ki, o, öncəki dizayner Kler Ueyt Kellerdən fərqli olaraq, fransız markasında hippi stili deyil, müasir siluetlər tətbiq edəcək.