Fransız brendinin kreativ direktru Nikolya Jeskyer artıq Monakoda, Palm-Sprinqsdə və Rio-de-Janeyroda dəb nümayişləri keçirib. Bu dəfə onun məkan seçimi Günəşli Yaponiyadır. Şounun harada keçiriləcəyi açıqlanmasa da, tarixi artıq məlumdur.

Qeyd edək ki, Louis Vuitton moda evi ilə Yaponiyanı bir çox amillər bağlayır. Hələ 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində fransız brendi üçün ipəklər məhz oradan sifariş olunurdu. 1978-ci ildə isə Louis Vuitton-un Tokioda ilk flaqman butiki açılıb. Brend illər boyu Yayoi Kusama, Rei Kavakubo və Takasi Murakami kimi yapon rəssamları ilə əməkdaşlıq edib.