Moda evinin kreativ direktoru Ceremi Skott əsasən markanın əvvəlki kolleksiyasından olan əşyalardan istifadə etməklə onları interyer əşyalarına çevirib. Məsələn, Biker Bag (dəri gödəkcəni xatırladan çanta) şkafa, qayıqşəkilli ayaqqabılar kitab rəfinə çevrilib. Skot Salvador Dalinin dodaq-divanından ilhamlanaraq məşhur divanın yeni interpretasiyasını da təqdim edib. Moschino-nun bu divanını qızıl bənd bəzəyir.

Kolleksiya 4-9 aprel tarixlərində keçiriləcək Milan Dizayn Həftəsində təqdim olunacaq.