Necə salamlaşmaq lazımdır
* Məkana daxil olarkən, ilk olaraq siz salamlaşın. Yanına gəldiyiniz adamın yanında başqa insanlar varsa, baş endirərək salamlaşmaq kifayətdir. Daha sonra sizi dəvət edən şəxslə əl sıxışın.
* Kimisə salamlayarkən, rəsmi "Salamla" kifayətlənməyin. Həmsöhbətinizin adını çəkin.
* Tanışlıq zamanı təqdim edilərkən və ya özünüz özünüzü təqdim edərkən əlinizi uzatmağa tələsməyin. Təqdim edildiyiniz şəxs bunu ilk etməlidir. Rəsmi görüşdə xanımın əlini öpmək lazım deyil.
* Oturmusunuzsa, salamlaşarkən, vəziyyətə uyğundursa qalxın.

Əli necə sıxmaq lazımdır
* Bir qrup insana yaxışlaşmısınız və bir insanla görüşmüsünüzsə, digərlərinin də əlini sıxmaq lazımdır. * Kandardan, stoldan və ya aranızda oturan başqa adamın başı üstündən əl sıxmaq lazım deyil.
* İkinci əlinizi cibinizdə saxlayaraq, həmsöhbətinizin əlini sıxmayın. İlk olaraq, əlini həmişə rəhbər şəxs uzadır.
* İki əllə əl sıxmaq məqbul deyil, çünki bu, insanlarla daha yaxın münasibətlərin nümayişi üçün nəzərdə tutulub.

Necə tanış olmaq lazımdır
* Ətrafda tanış olmayan adamlar varsa, utanmaq lazım deyil: cəsarətlə özünüzü təqdim edin və sizi kiminsə tanış etməyini gözləməyin.
* İş görüşündə tanışlıq zamanı (konfransa, qəbulda) öz nailiyyətləriniz barədə dərhal danışmayın. Nə ilə məşğul olduğunuzu və görüş və ya tədbirə niyə gəldiyinizi qeyd etməyiniz kifayətdir.
* Sizi kimisə təqdim edərkən, onun adını yadda saxlamağa fikrinizi yönəldin və söhbət zamanı tez-tez ona adı ilə müraciət edin. Həmsöhbətin adını unutsanız, vəziyyəti yumşaltmağa çalışın və soruşun: "Üzr istəyirəm, mən son zamanlar bir az unutqan olmuşam, adınızı yadıma sal bilərdinizmi?"

Vizit kartı necə olmalıdır
* Vizit kartı ciddi lakonik stildə olmalıdır. Xarici tərəfdaşlarla çalışanların kartları tərəfdaşların dilində çap etməyi məqsədəuyğundur - Asiya ölkələrində bu xüsusilə xoş qarşılanır.
* Barənizdə hansısa məlumat dəyişibsə, yeni vizit kartı sifariş etmək lazımdır. Heç bir halda köhnə vizit kartının üzərində məlumatı dəyişməyin, düzəliş edilmiş kart yaxşı əlamət deyil.

Görüşü necə yekunlaşdırmaq lazımdır
* Tanış olmayan adamları tərk edərkən, hər biri ilə şəxsən sağollaşmaq mütləq deyil. Çox insanın iştirak etdiyi qəbulu digər qonaqlardan öncə tərk edirsinizsə, ancaq görüşün sahibləri ilə sağollaşın. Əks halda, sizin gedişiniz tədbirin iştirakçılarına getmək üçün siqnal rolunu oynaya bilər.
* Söhbət çox uzun çəkirsə, hömsöhbətinizə yeni insanlarla tanış olmağı təklif edin, onları bir-birinə təqdim edin, üzr istəyin və aralanın. Sağollaşma qısa olmalıdır. Məsələn, görüşdüyünüz zamanı əl sıxdığınız kimi.
* Söhbəti universal ifadələrin köməyilə nəzakətlə bitirin, məsələn: "Sizinlə görüşmək xoş idi". Əgər görüşdən tez getməlisinizsə, söhbətdə fasiləni gözləyin, qalxın və yeni görüşə ümid etdiyinizi bildirərək, sağollaşın.

Mobil etiket
* İş məsələləi ilə bağlı mobil telefona iş vaxtı zəng etmək lazımdır, həftəiçi bu 09:00-dan 21:00-a qədər olan zamandır.
* Zənginiz cavab vermədilərsə, iki saatdan tez yenidən zəng etməyin. Altı qudokdan sonra gözləmək lazım deyil - beşinci qudokdan sonra dəstəyi qoymaq daha yaxşıdır.
* Söhbəti onu başlayan kəs bitirir. Əlaqə kəsildisə, zəng edən şəxs yenidən zəng edir. Zəngə cavab verməmək doğru deyil, cavab vermək və konkret zamandan sonra zəng etməyi xahiş etmək (və ya zəng edəcəyinizi söz vermək) lazımdır.
* Mobil telefon nömrəsini sahibinin icazəsi olmadan kiməsə verməyin.