Ötən yazıda sizə Milanın ən gözəl otellərindən biri olan Château Monfort barədə danışmışdım. Artıq yoxlanılmış ünvanlar haqqında danışmağın vaxtı yetişib. Şoppinq məsələsi Milanda kifayət qədər sadədir. İtalyan modasının "Parnas"ı Montenapoleone küçəsində yerləşir, yaxınlıqdakı Alessandro Manzoni küçəsində də çoxlu sayda butiklər və hətta bir neçə autlet fəaliyyət göstərir. Ancaq Milanda faydalı olanla xoş olanı, yəni, şoppinq və istirahəti birləşdirmək mümkündürmü? Sizə bir neçə məsləhət verəcəm.

Milanda fərqli həftəsonu
Çox az adam bilir ki, Montenapoleonedə rahatlıq və sakitlik tapmaq asan işdir. Bunun üçün Milanın ən qədim konditer evlərindən biri olan Cova-ya daxil olmaq kifayətdir. Burada hava kofe, təzə bişmiş çörəyin və şokoladın ətri ilə doludur. Nahar zalında şüşə etajerdə çoxlu dadlı piroqlar sərgilənir. Konditer evinin yanında olan sakit və dəbdəbəli Gesu küçəsində isə Baqatti Valsekki ev-muzeyi yerləşir. XIX əsrdə tikilən ev Renessans dövrünün binası kimi görünür, içəridə isə zəngin rəsm əsərləri, dekorativ əşyalar və hətta cəngavər silahları kolleksiyası var. Gəzməkdən yorulmuş səyahətçi üçün həmin Gesu küçəsində 6/8 nömrəli binada yerləşən Four Seasons Hotel Milano otelinin möhtəşəm spasına getmək əsl bayram olar. Mübaliğəsiz demək olar ki, bu otelin spası gözəllik və fiziki sağlamlıq iqamətgahıdır. Buranın krem-boz tonlarında minimalistik interyeri məşhur dizayner Patrisiya Urkiolo tərəfindən yaradılıb.

Milanda fərqli həftəsonu

Milanda fərqli həftəsonu

Milanda fərqli həftəsonu

Milanda fərqli həftəsonu
Spada son texnoloji yeniliklərlə təchiz olunmuş 7 prosedur kabineti, fitnes-mərkəzi və 14 metrlik hovuz var. Spa-menyuda ən müxtəlif prosedurlar və masajlar var, üzə qulluq isə La Prairie, Sodashi və Sarah Chapman kimi məşhur markaların məhsulları əsasında edilir. Facial eksklüziv üzə qulluq prosedur hətta turist-şopoqolikin gərgin gündən sonra dərisini tamamilə dəyişir. Sarah Chapman vasitələrindən istifadə ilə bu effektiv qulluq özündə bir neçə metodikanı birləşdirir: zərif pilinq, qidalandırıcı konsentratlı serumların tətbiqi, üz dərisini stimulyasiya edən yüngül massaj, maska çəkilməsi. Prosedurun yekunlaşdırılmasından dərhal sonra kosmetoloq güzgüyə baxmağı təklif edir və buradaca sizi sürpriz gözləyir, üz dərisi sanki işıq saçırmış kimi kifayət qədər cavanlaşmış və istirahət etmiş görünür. Aktiv komponentlərin və masajın təsirindən yaranan yüngül qızartı bir saat ərzində izsiz olaraq itir.
İstirahət və xarici görünüşün dəyişdirilməsindən sonra kübar məclisə çıxmağın tam zamanıdır. Milan cet-seti Principe di Savoia beşulduzlu otelinin Il Salotto lobbi-barında toplaşmağı sevir. Rahat divanlar, addımları səssiz edən yumşaq xalça, işıq saçan böyük çilçıraqlar və gözəl ətir yay çiçəklərin yerləşdirildiyi nəfis vazalar, Il Salotto-nun bütün interyeri italyan şıqlığını göstərir. Belə şəraitdə otelin Acanto restoranında şam yeməyindən öncə bir qədəh şampan içmək xüsusilə xoşdur.

Milanda fərqli həftəsonu

Milanda fərqli həftəsonu

Milanda fərqli həftəsonu

Milanda fərqli həftəsonu

Restoranda məşhur baş aşpaz Fabritsio Kadeinin təklif etdiyi yüksək italyan mətbəxi yeməkərini dadmaq olar. Deyirlər ki, restoranda olan Hollivud ulduzlarının özünəməxsus qastronomik həvəsləri yaranıb. Məsələn, Silvestr Stallone motsarellolu kazonçelli xoşlayır, Corc Kluni isə qulançarlı dana filesinə üstünlük verir. Məşhur artistlərin bu və ya digər sevimli yeməklərinin dadına xüsusi olaraq tərtib olunmuş "Five Stars" menyusunda dada bilərsiniz. Qastronomik həzzi restoranın pəncərəsindən çiçəkli bağa və fontana açılan gözəl mənzərə əla tamamlayır. Acanto-da hər şey əsl italyan art de vivresindən zövq almaq üçün ən xırda detallarına qədər düşünülüb.
Əlavə məlumatı bu saytlardan əldə edə bilərsiniz:
www.pasticceriacova.it
www.museobagattivalsecchi.org
www.fourseasons.com
www.dorchestercollection.com