Qara və ağ fiqurların əbədi mübarizəsi "kralların oyunu" adlanır, şahmat lövhəsini isə tez-tez ətraf mühitlə müqayisə edirlər. Şahmat incəsənətinin incəlikləri haqqında biz azərbaycanlı şahmatçı, beynəlxalq qrossmeyster, 2004-cü il dünya çempionatının yarımfinalçısı, Azərbaycan yığmasının heyətində komanda çempionatında ikiqat Avropa çempionu (2009, 2013), Heydər Əliyev Kubokunun qalibi, UNICEF beynəlxalq təşkilatının xoşməramlı səfiri Teymur Rəcəbovla danışacağıq.

“Glenfiddich”lə ilk kəşf edənlər: Teymur Rəcəbov

- Şahmat oyununu necə xarakterizə edə bilərsiniz? Onu nə ilə müqayisə etmək olar?
- Məlumdur ki, şahmat eyni zamanda həm incəsənət, həm elm, həm də idmandır. Bütün bu kateqoriyalarla şahmatı müqayisə etmək olar, çünki onların hamısı bu və ya digər səviyyədə bu oyunda iştirak edir.

- Şahmatın müəyyən fiziki hazırlıq tələb edən idman növü olduğunu nəzərə alsaq, özünüzü daimi formada necə saxlayırsınız?
- Müasir şahmat böyük fiziki-psixoloji yüklənmə daşıyır. Sağlamlıq yaxşı olmazsa, bu, sizə uzun müddət ərzində diqqətinizi cəmləməyə imkan verməyəcək. Buna görə də müvafiq vəziyyəti qorumaq lazımdır, metodlar isə kifayət qədər standartdır - idman və aktiv istirahət. İdman oyunlarından isə mən böyük tennisə üstünlük verirəm.

“Glenfiddich”lə ilk kəşf edənlər: Teymur Rəcəbov

- Oyundan sonra bərpa üçün nə qədər vaxta ehtiyacınız var? Necə istirahət edirsiniz?
- Adətən axşamlar və gecə yuxusu oynanılmış partiyadan sonra bərpaya kifayət edir. Turnir zamanı əsasən şam yeməyindən sonra piyada gəzintilər edirəm, kompyuterdə kinoya baxıram. Ancaq turnir bitənə qədər mübarizədən tamamilə aralanmaq heç cür mümkün deyil. Buna görə də şahmatçılar oyunun sonuna xeyli yorulurlar.

- İlk şahmat qalibiyyətiniz yadınızdadır?
- Qələbə yadımda deyil, ancaq 3 yaş yarımlıq olanda atamın dostu ilə çox uzun və çətin mübarizədə heç-heçə etdim. Bizim bu şahmat partiyamızı izləyənlər oyunumuza heyran qalmışdır.

“Glenfiddich”lə ilk kəşf edənlər: Teymur Rəcəbov

- Oyun öncəsi hansısa mütləq rituallarınız varmı?
- Hansısa xüsusi, təkrarlanan rituallarım yoxdur. Sadəcə fikrimi görüşün başlamasına yönəltməyə çalışıram.

- Sizinlə partiya oynamaq istəyən həvəskara nə cavab verəcəksiniz?
- Şahmat həvəskarlarına hörmət edirəm və həmişə onlarla oynamağa hazıram. Təbii ki, əgər oynamaq təklifi mənim iştirak etdiyim turnir zamanı gəlmirsə...

“Glenfiddich”lə ilk kəşf edənlər: Teymur Rəcəbov

- Gündəlik həyatda öz hərəkətlərinizin daimi hesabını aparırsınızmı?
- Şahmat oyunu prosesində uzun və qısa variantları hesablamaq vərdişi mütləq adi həyata da keçir. Beyin analiz əsasında bir çox qərarları verməyə öyrəşib.

- Sizin bütün dünyada turnirlərdə iştirak edirsiniz. Qayıtmağı xüsusilə sevdiyiniz yerlər varmı?
- Əlbəttə, həmişə qayıtmaq istədiyim sevimli yer doğma Bakım, ailəmdir. Dünyada isə yenə qayıtmaq istədiyim çoxlu sayda gözəl yerlər var. Bu yerlərdən birini və ya bir neçəsini ayırmaq çətindir.

“Glenfiddich”lə ilk kəşf edənlər: Teymur Rəcəbov

- Sizi böyük uğurdan nə ayırır?
- Son 5-6 ildə müasir şahmatda rəqabət və hazırlıq səviyyəsi inanılmaz dərəcədə artıb. Böyük uğurdan məni dəfələrlə kiçik bəxt gətirməsi ayırıb. Hesab edirəm ki, müasir idmanda bəxt və uğur rəqiblərin bərabər ustalığı olduğu halda böyük rol oynayır.

“Glenfiddich”lə ilk kəşf edənlər: Teymur Rəcəbov

- Klassik şahmatın gələcəyini necə görürsünüz?
- Güclü kompyuterlər get-gedə klassik şahmat adlanan anlayışını küncə sıxır. Hər il şahmatçıların müstəqil yaradıcılıqları üçün imkanlar azalır. Hamını kompyuterlər cəlb edir, onlar isə şahmatçının əvəzinə debüt variantları bir neçə gediş irəliyə hesablayır. Onları bilmək lazımdır və bu yaddaş üçün böyük yükdür. Düşünürəm ki, gələcək sürətli şahmatın arxasındadır. Belə şahmatda kompyuterin köməyi də azalır. Şahmatçılar daha çox səhv buraxırlar, izləyicilər üçün oyun daha maraqlı olur.

“Glenfiddich”lə ilk kəşf edənlər: Teymur Rəcəbov

- Yeni şahmat növlərinin yaradılması ideyasına necə baxırsınız?
- Yeni olan hər şey həmişə maraqlıdır. Müxtəlif variasiyalara böyük maraqla yanaşıram. Ancaq hazırda qrossmeyster həmkarlarım tərəfindən onlara hansısa böyük maraq görmürəm. Hələ ki, ənənəvi şahmat rəqabətə davam gətirir.

Layihənin tərəfdaşı Şotlandiyanın "Glenfiddich" viski şirkətidir.

“Glenfiddich”lə ilk kəşf edənlər: Teymur Rəcəbov

"Glenfiddich" viski istehsalı müəssisəsinin əsası 1886-cı ildə Uilyam Qrant və onun 9 oğlu tərəfindən qoyulub. Qrantlar indiyə qədər bu zavodun sahibidirlər. Ənənələrə qayğı, əməksevərlik və işə yaradıcı yanaşma ailə şirkətinə ayağa qalxmağa, ötən əsrin 60-70-ci illərinin sənayedəki çətin dövrləri keçməyə və ən böyük viski istehsalçılarından birinə çevrilməyə kömək edib. Distillyasiya, saxlama və şüşələrə doldurma da daxil olmaqla, viskinin hazırlanması bütövlüklə zavodda baş verir. Su Robbi Du adlı yeganə mənbədən götürülür. Viski minimum 12 il palıd çəlləklərində saxlanılır, bu isə yeni armudun və palıd toxumunun notlarından ibarət mürəkkəb ətirli içki hazırlamağa imkan verir. Müxtəlif viskilərin hazırlanması üçün şirkət bir neçə növ çəlləkdən istifadə edir: xeresdən ispan, burbondan Amerika, yeni çəlləklər və hətta romdan Kuba çəlləklərindən istifadə edilir. "Glenfiddich" məhsulları bir çox mükafatlara layiq görülüb. Ən sonuncuları 2007-ci ildə "International Spirits Challenge" və "International Wine and Spirit Competition" müsabiqələrində qazanılmış 2 qızıl medaldır. Şirkət təkcə məhsulun keyfiyyəti deyil, onun tərtibatına da diqqətlə yanaşır.