Fransanın Provans şəhərinə günəşli hava, ləziz cənub mətbəxi, serenada sədaları altında gəzinti, zeytun ağacları altında - şam işığında romantik şam yeməklərinin ardınca gedirlər. Marşrutlar müxtəlif ola bilər, bu gün biz onlardan yalnız biri haqqında söz açırıq.

Nis aeroportundan Château Saint-Martin & Spa otelinə qədər 15 dəqiqəlik avtomobil yolu var, bununla belə bu otel Provansdakı turistik məkanlara ideal yaxınlıqda yerləşir, Sen-Pol-de-Van və Vans gözəl şəhərlərinə isə buradan piyada getmək olar. Hündür təpədə, qədim Tampliyerlər ordeninin qalasının yerləşdiyi yerdə olan Château Saint-Martin & Spa əraziyə gözəl mənzərə nümayiş edir. Təpənin altında qədim Vans var, uzaqda Aralıq dənizi, sağda isə buludlarla əhatə olunmuş dağlar görünür. Tampliyerlərin burada niyə öz sərvətini qoruduğu aydın olur. Ordenin xəzinəsini heç kim tapmayıb, ancaq otelin parkında o zamanın lal şahidləri olan mənzərəli qədim xarabalıqlar görünür. Cəngavər kübarlığının ruhu Château Saint-Martin & Spa-nın bütün zallarında, o cümlədən "Le Saint-Martin" qastronomik restoranının parad məkanında da hiss olunur. Baş aşpaz Jan-Lyuk Lefrauns qonaqlara nəfis fransız yeməkləri, somelye isə seçmə Provan şərablarını dequstasiya etməyi təklif edir.

Fransanın qədim Tampliyerlər diyarında

Fransanın qədim Tampliyerlər diyarında

Otelin konsyerji səyahətlərin marşrutlarını müəyyən etməyə kömək edir: "İlk olaraq, Sen-Pol-de-Vansı görmək lazımdır". Bu qədim kəndin və onu əhatə edən təbiətin gözəlliyi çoxlu nəsil rəssam və incəsənət insanlarını ilhamlandırıb. Yüzillik çinarların kölgəsində burada İv Montan və Lino Ventura petak oynayıb, yerli La Colombe d'Or restoranında isə Matiss Şaqal, Pikasso, Brak, Folon kimi şəxslər olub. Turist trasslarından kənarda Sen-Pol-de-Vansda ömrünün son illərini yaşayan Mark Şaqalın qəbrinin olduğu yerli qəbiristanlıq yerləşir. Şaqalın dostu olan fransalı mesenat, kolleksioner və müasir incəsənət ticarəti ilə məşğul olan Eme Maq Sen-Pol-de-Vansın yaxınlığında şəxsi rəsm fondunu təsis edib. Hazırda bu fond dünyada 20-ci əsr incəsənət əsərlərinin ən qiymətli toplularındandır. "Maq Fondu"na ən yaxşısı piyada getməkdir, bu halda Şaqalı ilhamlandıran mənzərələri görmək olar.

Fransanın qədim Tampliyerlər diyarında

"Maq Fondu"nun muzey binası böyük əsərlərlə dolu olan parkla əhatə olunub. Burada Alberto Cakomettinin heykəlləri (2010-cu ildə Sotheby's London hərracında onun satışı rekord məbləğ - 65 milyon funt sterlinq gəlir gətirdi) təqdim olunub. Belə gəzintidən sonra otelə qayıtmağın, hovuzda istirahət etməyin və geniş spa-menyunu təfərrüatları ilə araşdırmağın tam zamanıdır. Burada Sisley fransız kosmetikası ilə qulluqlar, Bamford orqanik məhsullarının və ənənəvi vasitələrin - zeytun yağı, bal, lavanda və badam şirlətinin istifadəsi ilə müxtəlif massaj və prosedurlar var. Axşam saat 7-dən başlayaraq, otelin qonaqları "Le Rossini" barında toplaşırlar və söhbət edirlər. Növbəti günün yeni marşrutu - Vans bazarı və Şaqalın mozaikasının olduğu kilsə ilə tanınan tipik Provans şəhərciyidir.

Fransanın qədim Tampliyerlər diyarında
Gəzintilər qonaqların demək olar ki, bütün zamanını alır, Château Saint-Martin & Spa otelinin ərazisinin araşdırılmasına isə mütləq bir saat saxlamaq lazımdır. Oteli 14 hektarlıq ərazisi olan geniş park əhatə edir. Burada 300 zeytun ağacı, böyük bağ, üzmək üçün hovuz, iki tennis kortu, petank oynamaq üçün ərazi və hətta helikopter meydançası var. Cəngavər qalasının xarabalıqlarını izləyərkən əbədilik və sirlə qəribə bağlılıq hiss olunur. Parkın dərinliyində ağacların örtdüyü bir yerdə daşların hazırlanmış bar gizlənir. Bu, "L'Oliveraie" yay restoranının mətbəxidir. Burada qızardılmış ət, Provan tərəvəzlərində qarnirlə balıq, barbekyu təqdim edilir. Yüzillik ağacların kölgəsi altında xoş süfrə səyahətin ən gözəl anlarından biri olaraq yadda qalacaq.

Web: www.chateau-st-martin.com