Təntənəli toy mərasimini Monako körfəzində suyun altında keçirmək ideyası Metropole Monte-Carlo otelinin konsyerjlərinin ağlına gəlib. Onlar bu qeyri-adi təklifi "Just For You" proqramına daxil ediblər.

Arzuların yerinə yetirildiyi bu kiçik knyazlıqda indi daha bir qeyri-real reallıq var. Soruşa bilərsiniz ki, hər şey necə təşkil olunur? Bəzi xırda detalları hesaba almasaq, ssenari demək olar, klassikdir. Məsələn, toyun hüququ qüvvəsi yoxdur, nikah mərasimini isə aktyor aparır. Bəyin smokinqi və gəlinin libası kifayət qədər münasibdir, dəniz dərinliyində toy dekoruna da yanaşma çox ciddidir. Bura amforalar, tağlar, möhtəşəm balıqqulaqları və s. ilə bəzədilib. Bütün bu sualtı gözəllik videokameraya çəkilir və cütlüyə xatirə olaraq peşəkar işlənmiş film hədiyyə edilir. Suyun altına enmə zamanı cütlüyü sualtı üzmə üzrə ikiqat dünya çempionu Pyer Frolla təlimatlandırır.

İxtiandrın toyu

Sualtı nikah mərasimindən sonra xoşbəxt cütlüyü və onların qonaqlarını çimərlikdə dəbdəbəli kokteyl gözləyir. Bir qədəh şampandan sonra cütlüklər sualı üzmə stressini üzərlərindən atırlar və bayramı davam etdirmək üçün Metropole Monte-Carlo otelində yola düşürlər. Şübhəsiz ki, onlar bu günü ömürlərinin sonuna qədər yadda saxlayacaqlar!

Daha ətraflı məlumatı www.metropole.com saytından əldə etmək olar.

İxtiandrın toyu

İxtiandrın toyu