Artıq mövcud ənənəyə görə, Fransada hər il ən böyük əntiq əşyalar sərgisi olan 18-ci Əntiq əşyalar Biennalesi keçirilir. Bu il tədbir Parisdə möhtəşəm Qran-Palada qala-şam yeməyindən ibarət olub. Bu xüsusi gecəyə gözəllik və incəsənət adı altında həmişəki kimi dünyanın aparıcı art-ekspertləri və kolleksionerləri toplaşıb. Onlar ilk dəfə olaraq, dizayner Natali Krinyerin hazırladığı möhtəşəm səhnə tərtibatından zövq ala və məşhur əntiq əşyalar və zərgərlik evlərinin stendlərində təqdim olunan eksponatları görə biliblər.

"Fransız eleqantlığı əsri. 18-ci əsrin şedevrləri" sərgisi isə Rusiyanın Ermitaj muzeyi Biennalenin dəvət olunmuş iştirakçısı olub. Gecə vernisajdan başlayıb, qonaqları gözləyən stolların üstü isə sirlilik atmosferi yaradan yarışəffaf pərdə ilə örtülüb. Eleqantlıq və qrafika dekorasiyaların əsas kriteriyaları olub. Güzgülü mərkəzdə Qran-Pale dəhlizi əks olunub, şüa-alleyalarda isə əntiq əşyaların stendləri yerləşdirilib. Burada dəvət olunmuş qonaqlar - smokinq geyinmiş cənablar və gözəl ziyafət geyimlərində olan xanımlar addımlayıblar. Addımların səsini yumşaq döşəmənin gizlətdiyi alleyalarda dəbdəbəli geyimlərin şleyflərinin səsi buradakı kutyurye rəqabətini ifadə edib. Belə axşamda geyimlərin müəllifini tanımaq ədəbli olmaması səbəbindən, sizə ancaq öz ziyafət geyimimin sirrini deyə bilərəm. Onun müəllifi istedadlı livanlı dizayner Georges Hobeika idi.

Stola rəsmi dəvətdən sonra üç Mişlen ulduzu sahibi olan əfsanəvi fransız aşpazı Qi Savoy gecəni öz əlinə aldı. Yeməklərin möhtəşəm dadı ən təbii şəkildə bayram atmosferini tamamlayıb. Stollar arxasında incəsənət və biznes barədə söhbətlər aparılıb və yəqin ki, vacib razılaşmalar əldə edilib, ancaq onlar Qran-Paladakı bu möhtəşəm gecənin sirri olaraq qalacaqlar.

Əntiq əşyalar gecəsi

Əntiq əşyalar gecəsi

Əntiq əşyalar gecəsi